ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

Redaktor

04.04.2025 22:24
1,662

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

"LinkedIn" istifadəçisinin yaxın vaxtlarda apardığı bir təcrübə süni intellektin mənfi məqsədlərlə istifadəsinin mümkünlüyünü bir daha göstərib.

Valyuta.az xəbər verir ki, ChatGPT-dən istifadə edilərək yaradılan saxta şəxsiyyət vəsiqəsi şəxsiyyətin yoxlanılması sistemlərindən asanlıqla keçə bilib.

Belə ki, Borys Musielak adlı istifadəçi "LinkedIn" üzərindən paylaşdığı məlumatda bir təcrübə həyata keçirərək ChatGPT vasitəsilə saxta şəxsiyyət vəsiqəsi şəkli hazırladığını və bu sənədin heç bir şəkildə fərq edilmədiyini bildirib.

Şəxsiyyətin yoxlanılması sistemlərini keçə bildi

"OpenAI" ötən həftə ChatGPT-yə "GPT-4o" dəstəkli vizual yaradıcılıq funksiyasını əlavə edib. Bu yeniləmə ilə süni intellekt daha real görünüşlü təsvirlər hazırlaya bilir. Musielak da məhz bu funksiyadan istifadə edib.

Onun sözlərinə görə, öz pasportunun surətini yaratmaq cəmi 5 dəqiqəsini alıb. Daha sonra isə süni intellektlə yaradılan bu təsviri foto əsaslı şəxsiyyətin yoxlanılması sistemlərində istifadə edib və heç bir problem yaşamayıb. O, bu texnologiyanın bu cür sistemlərin etibarlılığını təhlükə altına ata biləcəyini də vurğulayıb.

Bu hadisə süni intellektin inkişafı ilə saxta materialların fərqləndirilməsinin getdikcə çətinləşdiyini nümayiş etdirir. Musielakın paylaşdığı fotolardan saxta pasportun orijinal sənəddən demək olar ki, seçilmədiyi aydın görünür. Bu isə pis niyyətli istifadə hallarının nə qədər asanlıqla həyata keçirilə biləcəyini göstərir.

Sərvanə Rəmixanova

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kredit borcu olan əsgərlərə güzəşt varmı?

14.06.2026

Bir alimin təkəbbürü dünyanı məhvə necə sürüklədi?

14.06.2026

Avtobus gecikdi, sərnişin təzminat aldı: Azərbaycanda da mümkündür?

14.06.2026

400 manata "Qırmızı qatar"la nağıl yaşayın

14.06.2026

Tanınmış yutuberin videosu 1 milyard izləndi

14.06.2026

Azərbaycana gətirilən 100 illik sənət əsərinə 4 min manata yaxın pul ödənilib

14.06.2026

Kritik minerallarda qlobal rəqabət: Tələb 2040-a qədər 350 faiz arta bilər

13.06.2026

2026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular

13.06.2026

Mehdiyevlərin bankı adını dəyişərək "T-Kredit" BOKT-a çevrildi

13.06.2026

Pulunu qənaətlə idarə edən insanların əsas maliyyə qaydası açıqlanıb

13.06.2026

Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib

13.06.2026

2026-cı ildə uzunmüddətli istifadə üçün alınmalı 4 kompakt avtomobil

13.06.2026

Dörd ayda Çindən idxal 1,47 milyard dollara çatıb

13.06.2026

“Atəşgah Həyat”ın ilk 4 aylıq ödənişləri və yığımları - CƏDVƏL

13.06.2026

Sürətli qazancın gizli bədəli: Qısamüddətli mənfəət naminə etimadı itirməyin

13.06.2026

Yüklərin sığortalanması üzrə sığorta haqları 455 min manat artıb

13.06.2026

Ödənişlərdə ən çox hansı kartlardan istifadə olunub? - CƏDVƏL

13.06.2026

BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib

13.06.2026

Azərbaycan nefti ucuzlaşıb

13.06.2026

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

13.06.2026

Məzənnə

Yüklənir...