Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Redaktor

22.03.2025 14:51
643

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

2 və 9 mart tarixlərində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Hər iki imtahanda ümumilikdə 110 mindən çox şagird iştirak edib. İmtahan nəticələrinin 6 həftə ərzində açıqlanacağı bildirilir.

Nəticələrin gec açıqlanması, həm abituriyentləri, həm də valideynləri düşündürən əsəs məsələlərdəndir. Eyni zamanda blok imtahanlarında dəyişiklik olacağı ilə bağlı yayılan iddialar abituriyentlərdə narahatlığa səbəb olub.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, blok imtahanlarında hər hansı format dəyişikliyi olmayacaq:

“Builki qəbul imtahanları da əvvəlki illərdə olduğu kimi keçiriləcək. Blok imtahanındakı sual formatları əvvəlcədən Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilib. Abituriyentlər sadəcə aprelin 17-dən mayın 1-ə qədər elektron ərizə qəbulunda iştirak etməklə hansı qrupdan imtahan verəcəklərini təsdiq edəcəklər. Mayın sonu iyunun əvvəlində birinci cəhd, iyulun əvvəlində isə ikinci cəhd blok imtahanı olacaq”.

Ekspertin sözlərinə görə, qəbul formatı, ixtisas qrupları üzrə fənnlər müvafiq olaraq saxlanılacaq:

“Testlərin modelində də hər hansı dəyişiklik yoxdur. Düşünürəm ki, builki imtahanlarda sualların cavablandırılması abituriyentlər üçün əlçatan olacaq”.
 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

24.01.2026

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

24.01.2026

“Azercell” bu tarif paketləri üzrə qiymətləri artırdı - FOTO

24.01.2026

Bazar gününün hava proqnozu

24.01.2026

"YouTube" 2026-cı il üçün planlarını açıqladı

24.01.2026

Ümumi təhsil müəssisələrində qış tətili başlayır

24.01.2026

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

24.01.2026

Pentaqon yaxınlığında pizza sifarişləri artdı

24.01.2026

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

24.01.2026

149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

24.01.2026

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

24.01.2026

Qızıl istehsalında 11%-dən çox artım

24.01.2026

Riçard Branson və “ilan kimi” qıvrılan biznes ruhu - SƏHƏR OXUSU

24.01.2026

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

"Nvidia" Al səbəbindən "GeForce RTX 50" videokartlarının istehsalını dayandırır

23.01.2026

“Amazon” 15 minə yaxın işçini ixtisar edir

23.01.2026

Məzənnə

Yüklənir...