Bu qurum 295 min manatlıq avtomobil alır

Redaktor

24.04.2025 21:30
435

Bu qurum 295 min manatlıq avtomobil alır

Dövlət Ehtiyatlar Agentliyi “Roadster” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Valyuta.az xəbər verir ki, şirkət nəqliyyat vasitələrinin satın alınması ilə bağlı Agentliyin keçirdiyi tenderin qalibi seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 295 000 manatdır. 

Qurum bu məbləğə 8 ədəd avtomobil almağı planlaşdırır. Bu halda avtomobilin bir ədədinin qiyməti 36 875 manata düşür.

“Roadster” MMC 2023-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. Şirkətin qanuni təmsilçisi Həsənov Ülvi Bəhruz oğludur. 

Qeyd edək ki, açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.

Hüseyn

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...