Redaktor
Britaniya ofşor zonalarda maliyyə şəffaflığı tələblərini sərtləşdirəcək
Böyük Britaniya hökuməti Gernsi, Cersi və Britaniya Vircin adaları da daxil olmaqla, tac torpaqları və dənizaşırı ərazilərdən maliyyə şəffaflığı sahəsində daha sərt qaydalar tətbiq etməyi tələb etməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) Böyük Britaniya parlamentinin üzvü və hökumətdə korrupsiyaya qarşı mübarizəyə cavabdeh olan Marqaret Hocun bəyanatına istinadən məlumat yayıb.
Yeni tələblərə əsasən, həmin ərazilər öz yurisdiksiyalarında qeydiyyatdan keçmiş şirkətlərin benefisiar sahibləri barədə məlumatları açıqlamalı olacaqlar.
Tac torpaqları və dənizaşırı ərazilərin bir çoxunda qüvvədə olan qanunvericilik onların ofşor və vergi sığınacağı kimi istifadəsinə imkan yaradır. Böyük Britaniya uzun illərdir yerli hakimiyyət orqanlarını bu qaydaları dəyişməyə razı salmağa çalışır.
Marqaret Hoc bildirib ki, London bu məqsədə qarşılıqlı razılaşma yolu ilə nail olmaq istəyir. Lakin əvvəlki danışıqlar nəticə vermədiyindən, hökumət daha qəti addımlar atmağa hazırdır. Bu addımlar sırasında həmin ərazilərin Böyük Britaniya ilə əlaqələri sayəsində əldə etdikləri üstünlük və imtiyazların yenidən nəzərdən keçirilməsi, eləcə də qaydaların dəyişdirilməsini məcburi edən qanunun qəbul edilməsi yer ala bilər.
Hocun sözlərinə görə, bu ərazilərdə tətbiq olunan qaydalar Avropa İttifaqında qüvvədə olan şəffaflıq standartlarına uyğunlaşdırılmalıdır.
“Avropada benefisiar sahiblər barədə məlumatlara çıxış təmin edilir. Bu, iqtisadi cinayətlərlə və təhlükəsizlik təhdidləri ilə mübarizə baxımından son dərəcə vacibdir”, deyə o vurğulayıb.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKaryerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?
04.06.2026Kiber hücumçular artıq zərərli proqram əvəzinə qanuni hesabları istifadə edir
04.06.2026Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
04.06.2026Vacib xammalın qiymətləri iki ayın minimumuna düşdü
04.06.2026Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb
04.06.2026"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur
04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir
04.06.2026Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır
04.06.2026"Nvidia" daha bir startapı satın alıb
04.06.2026Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?
04.06.2026Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib
04.06.2026"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı
04.06.2026Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...
04.06.2026