Redaktor
Biznes qurmaq istəyənlər üçün motivasiyaedici film: “Joy” (2015)
2015-ci ildə ekranlara çıxan “Joy” filmi biznes həyatına yeni başlayan, çətinliklərlə üzləşən və bütün maneələrə baxmayaraq irəliləməyə çalışanlar üçün motivasiyaedici ekran əsəri kimi diqqət çəkir.
Filmin əsas qəhrəmanı Coy uşaqlıqdan yaradıcı düşüncəyə malik, yeniliklər axtaran və qurub-yaratmaq həvəsi ilə yaşayan bir qadındır. Hadisələr onun nənəsi Mimi tərəfindən nəql olunur.
Coy iki uşaq anasıdır və həyat yoldaşından ayrılıb. O, həm hava limanında işləyir, həm də atasının biznesində mühasib kimi fəaliyyət göstərir. Ailəsinə təkbaşına dəstək olmağa çalışan Coy ciddi maddi sıxıntılar içində yaşayır. Buna baxmayaraq, sahibkarlıq arzularından vaz keçmir.
Onun biznesə atılmaq istəyi tamamilə yeni, funksional xüsusiyyətlərə malik yer təmizləyici döşəmə bezi (pas-pas) hazırlamaqla başlayır. O, bu məhsulu patentləşdirmək və bazara çıxarmaq üçün böyük risklərə gedir: evini satır, borca girir, hüquqi çətinliklərlə üzləşir və hətta həbsə düşür. Lakin sonda bütün səylərinin qarşılığını alır və uğurlu bir biznes qadınına çevrilir.
Film boyunca izləyici onun sahibkarlıq yolundakı mübarizəsini, daxili gücünü və qətiyyətini izləyir. Coyun hekayəsi real həyatda da mövcud olan iqtisadi, sosial və ailəvi çətinliklər fonunda motivasiyaedici mesaj verir.
Filmdə yer alan bəzi motivasiyaedici sitatlar:
- “Əldə edilməsi çətindir deyə, insan arzularından vaz keçməz. Sevdiyin işigörməyə davam etməlisən”.
- “Biri məni zəif görsə, onu avantaja çevirərəm”.
- “Kimsənin səni üzməsinə icazə vermə”.
“Joy” filmi qadın təşəbbüskarlığı, ailə yükü, iqtisadi çətinliklər və inadkarlıq mövzularını bir araya gətirərək izləyiciyə həm emosional, həm də motivasiyaedici təsir bağışlayır.
Qeyd edək ki, filmi maraqlı edən əsas nüanslardan biri də bu filmin həqiqi həyat hadisələri əsasında çəkilməsidir. Film, amerikalı ixtiraçı və uğurlu sahibkar Joy Manganonun real həyat hekayəsinə əsaslanır. O, öz ixtirası olan “Miracle Mop” (möcüzəvi paspas) adlı məhsulla məşhurlaşıb və bu məhsul onun biznes imperiyasının təməlini qoyub.
Xoş izləmələr!
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyanın ən uğurlu insanlarının əsas xüsusiyyətləri
27.06.2026Dünyanın ən lüks saat brendləri
27.06.2026
Bakıda startapçılar üçün unikal imkan: ABŞ vençur fondunun direktoru Bakıda seminar verir
27.06.2026Satış idarəetməsində uğurun 10 əsas amili
27.06.2026“Bitbank” kriptobirjası 289 milyon dollara satıldı
27.06.2026Yeni başlayanlara: karyera qurmağın 9 qızıl qaydası
27.06.2026Bazar günü yağış yağacaq
27.06.2026May ayında Azərbaycanda ödəniş kartlarının sayı artıb
27.06.2026Fiziki şəxslərin müddətli əmanətlərinin həcmi açıqlanıb
27.06.2026“SpaceX” Nasdaq-100 indeksinə daxil olub
27.06.2026OpenAI GPT-5.6 modelini məhdud şəkildə istifadəyə verdi
27.06.2026“Google” Android üçün ayrıca “Google Finance” tətbiqini təqdim edib
27.06.2026“YouTube Shorts” videolarında sürəti artırmaq mümkün olacaq
27.06.2026