Bakıda bir sıra mehmanxananın fəaliyyəti məhdudlaşdırılıb <span style="color: #ff0000;">- VİDEO</span>

Redaktor

06.10.2021 14:00
574

Bakıda bir sıra mehmanxananın fəaliyyəti məhdudlaşdırılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

FHN-dən Valyuta.Az-a verilən məlumata görə, bu çərçivədə Xidmət tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mehmanxanada aparılmış plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkar edilib, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

- mərtəbələrdə quraşdırılan daxili yanğın kranlarının bir neçəsi şlanq və lülələrlə komplektləşdirilməyib, yanğın xətlərinin təzyiqli su ilə qidalanması təmin edilməyib;

- obyektdə quraşdırılan avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun tələb olunan səviyyədə fəaliyyət göstərməsi təmin olunmayıb;

- taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulması həyata keçirilməyib;

- təxliyə qapılarının qaydalara uyğun işlək vəziyyəti təmin olunmayıb;

- təxliyə yolları hərəkətə maneə törədən əşyalarla tutulub və işıqlandırılan istiqamətverici nişanların qaydalara uyğun quraşdırılması təmin edilməyib;

- yanğın zamanı insanların təhlükəsiz şəraitdə təxliyəsi üçün obyektin bayır hissəsində mövcud təxliyə pilləkəni yanğına qarşı norma və qaydaların tələblərinə uyğun quraşdırılmayıb;

- elektrik naqilləri “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”na uyğun quraşdırılmayıb, elektrik sisteminə profilaktik baxış keçirilərək yanğına qarşı vəziyyəti dəyərləndirilməyib;

- mətbəxdə quraşdırılan sorucu çətir və borular yanğın əmələ gətirə biləcək yağ qalıqlarından təmizlənməyib;

- mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;

- mətbəxə daxil olan qaz xətti daxili divarların üzəri ilə, yivli birləşmələrdən istifadə edilməklə çəkilib və s.

Beləliklə, mövcud vəziyyətdə obyektin istismarı zamanı baş verə biləcək yanğın qısa zamanda geniş əraziyə yayılmaqla faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında”qanunun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ qanunun 28-ci maddəsini və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Xətai rayonu ərazisində fəaliyyət göstərən mehmanxanada xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.

 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb

16.03.2026

Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir

16.03.2026

Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi

16.03.2026

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

16.03.2026

“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb

16.03.2026
Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

16.03.2026

Bakının bütün rayonlarında kirayə qiymətləri artıb

16.03.2026

12 il işlədiyi "Meta"dan ayrılıb süni intellektə yeni yanaşma gətirir

16.03.2026

Rabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar Kampaniyası" ®

16.03.2026

Bəzi ailələr üçün 20 mənzil alınacaq

16.03.2026

Kartmane taksit kartı istifadəçiləri üçün “Novruz payı” kampaniyası (R)

16.03.2026

“Binance”ın qurucusu CZ indi Bill Qeytsdən daha varlıdır

16.03.2026

1100-dən çox klinika və 12 000 həkimlə əməkdaşlıq edən startap

16.03.2026

Onlayn kazino oyunları təşkil edən 4 nəfər tutuldu

16.03.2026

Yeni cərimələr təsdiqləndi

16.03.2026

78 yaşında biznes qurub 84 yaşında milyarder olan sahibkar

16.03.2026

"Meta" “Nebius” ilə 27 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb

16.03.2026

Azərbaycan yanacağı Ermənistanda qiymətləri aşağı saldı

16.03.2026

Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək

16.03.2026

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı

16.03.2026

Məzənnə

Yüklənir...