Bakı ilə bağlı 4,4 milyonluq layihələndirmə tenderləri elan edilib

Redaktor

06.01.2026 16:38
500

Bakı ilə bağlı 4,4 milyonluq layihələndirmə tenderləri elan edilib

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ümumi məbləği 4 milyon 442 min 475,80 manat olan iki tender elan edib.

Valyuta.az xəbər verir ki, birinci tender Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınmasını nəzərdə tutur. Bu satınalmanın ehtimal olunan dəyəri 3 milyon 26 min 216,20 manat təşkil edir.

İkinci tender isə Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlıdır. Sözügedən satınalma üzrə məbləğ 1 milyon 416 min 259,60 manat olaraq müəyyən edilib.

Hər iki tender üzrə sənəd qəbulu 5 fevral 2026-cı il tarixinədək davam edəcək.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...