Azərbaycanlıların pulla bağlı etdiyi səhvlər: “Pulu yaşamaq üçün xərcləmirik”

Redaktor

12.11.2025 14:01
1,846

Azərbaycanlıların pulla bağlı etdiyi səhvlər: “Pulu yaşamaq üçün xərcləmirik”

Pul hər kəs qazana bilər, amma az adam onu idarə etməyi bacarır. Maaş artır, amma rahatlıq artmır. Borclar bitmir, qənaət yaranmır. Əslində, bəzən problem pulun azlığında deyil, maliyyə düşüncəmizdə olur. Biz pulu qazanmaq üçün plan qururuq, amma onu saxlamaq üçün heç bir planımız yoxdur.

Bəs Azərbaycanda insanlar pullarını niyə düzgün idarə edə bilmirlər? Azərbaycanda pulun idarə edilməsində ən çox buraxılan səhvlər hansılardır?

Maliyyə eksperti İsmayıl Məmmədov Valyuta.az-a bildirir ki, pul hər evdə, hər söhbətdə ən çox çəkilən mövzudur. Kiminsə maaşı artıb, kiminsə pulu çatmayıb, kiminsə kredit ödənişi gecikir. Onun sözlərinə görə, biz çox zaman pulu “qazanmaq” üçün çalışırıq, “idarə etmək” üçün yox. Əslində, problem pulun azlığında deyil, onu necə xərclədiyimizdə, necə düşündüyümüzdədir:

“1000 manat maaş alan biri, 400 manatı kirayəyə, 200 manatı ərzağa, 100 manatı kommunala, 100 manatı nəqliyyata versə, cəmi 200 manat qalır. Amma elə həmin şəxs bəzən 2000 manatlıq telefonu kreditlə alır və düşünür ki, “onsuz da aylıq 100 manat ödəyirəm, nə olacaq ki? Olacaq odur ki, pulu idarə etməyən, pulu üçün işləməyə davam edir. Ən çox eşitdiyimiz cümlə: “Onda varsa, məndə niyə olmasın?” Bu cümlə bəzən insanı təkcə borca salmır, həm də rahatlığını əlindən alır”.

Ekspertin fikrincə, bu artıq problem deyil, bu təkamül səhvimizdir: “Biz pulumuzu rahat yaşamaq üçün yox, “kiminsə gözündə necə görünəcəyik” deyə xərcləyirik: “Gəlin real danışaq. 60 qəpiklik basabas metroda 3000 manatlıq telefonla gəzən insanları görmüsünüz, elə deyilmi? Telefon var, amma internet paketi almağa balans yoxdur. Yaxud Azərbaycanda maşın sahibi olmaq bəzən bir növ “yetkinlik nişanı” kimi qəbul olunur. Amma bəzən insanlar maşın alır, sonra kasko sığortasına, texniki baxışa, yağa, benzinə pul çatmır. 5000 km-də yağ dəyişməli olan avtomobil 15 min km sürülür. Sonda maşın “status”dan çox, “stress”ə çevrilir. Halbuki bir az plan, bir az səbir bu problemi kökündən dəyişə bilərdi. Əslində, bu məsələdə “sehirli düstur” yoxdur, amma davamlı düşüncə dəyişimi var”.

İ.Məmmədov pulun idarə olunması ilə bağlı sadə, amma çox təsirli 3 qaydanı açıqladı: “Birincisi, qənaət etməyi xərcləmədən əvvəl et. Maaş aldın? Əvvəl 10-15%-i bir kənara qoy, sonra xərclə. Qalanla da yaşamağı öyrən. İkincisi, “Məndə də olsun” düşüncəsini dəyiş. Kiminsə həyat tərzi sənin məqsədin deyil. Onun pulu, planı, şəraiti səndən fərqlidir. Üçüncü isə, kiçik plan, böyük rahatlıq deməkdir. Aylıq gəlir və xərclərini sadə kağıza yaz. Qənaət üçün konkret hədəf qoy. Məsələn, 6 ayda 500 manat yığmaqla inanın ki, bu kiçik addımlar zamanla böyük rahatlıq gətirir”.

“Maliyyə savadlılığı məktəbdə yox, həyatın içində öyrənilir. Əgər bu biliklər məktəblərdə öyrədilmirsə, deməli, biz özümüz uşaqlarımıza öyrətməliyik. Uşaq cib xərcliyini xərcləmədən əvvəl planlasa, böyüyəndə də maaşını düzgün idarə edəcək. Çünki pulun idarəsi tərbiyə kimi öyrədilir. Pul sadəcə vasitədir, məqsəd deyil. Ona görə də pulu qazanmaqdan çox, onu sakit, ağıllı və məqsədli idarə etməyi öyrənmək lazımdır. Pulun səni idarə etdiyi gün azadlığını itirirsən, sən pulu idarə etdiyin gün isə həyatını qazanırsan” – deyə ekspert əlavə etdi.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Meta" süni intellekt xərclərinə görə işçilərin 20%-ni ixtisar edə bilər

14.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

14.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

14.03.2026

"Atlassian" işçilərinin 10%-ni ixtisar edəcək

14.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

Məzənnə

Yüklənir...