Redaktor
Azərbaycanda qızıl kəskin bahalaşdı - YENİ QİYMƏT
Qızılın qiyməti son bir ildə 36 faizdən çox artıb.
Valyuta.az xəbər verir ki, bir il əvvəl troya unsiyası (31,1 qram) 1840 dollara satılan qızıl hazırda 2665 dollara alıcı tapır. Bir il ərzində qızılın bir qramının dəyəri 59 dollardan 86 dollara qədər yüksəlib.
Qızılın bahalaşması Azərbaycanda da müşahidə edilir. Bir il əvvəl 5 qramlıq 750 əyar qızıl üzüyün qiyməti 550 manat olduğu halda, hazırda 660 manatdan yüksəkdir.
Qızılın bahalaşmasının səbəbi ABŞ-də uçot dərəcəsinin aşağı salınması gözləntisi ilə bağlıdır. Bir neçə gün öncə ABŞ-nin mərkəzi bankı faizləri 50 bənd aşağı salıb. Gözlənilir ki, bu, son deyil və faizlər bir qədər də endiriləcək. Faizlərin azaldılması ilə yanaşı, ABŞ mərkəzi bankının pul-kredit siyasətini tədricən yumşaldacağı da gözlənilir. Hər iki dəyişikliklə əlaqədar investorlar qızıl yığımını artırır. Çünki dollar ucuzlaşanda və qiymətli kağızlar üzrə gəlirlilik azalanda qızılın dəyəri yüksəlir.
Proqnozlara görə, yeni vəziyyətdə bir troya unsiya qızılın dəyəri 3000 dolları ötə bilər, bir qramın qiyməti isə 100 dollara çata bilər.
© Sfera.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAMB iki şirkətə elektron pul təşkilatı lisenziyası verib
18.06.2026"Google"un 2,7 milyard dollar xərclədiyi mühəndis "OpenAI"a keçdi
18.06.2026Startapların inkişafı üçün 425 min manatlıq layihə
18.06.2026Onlar ayda orta hesabla 4 saat daha çox işləyiblər
18.06.2026"Dövlət qurumları süni intellekti tənzimləyən qərarlar qəbul etməlidir"
18.06.2026Hüquq texnologiyaları startapı 3,8 milyon dollar investisiya alıb
18.06.2026Azərbaycanda vençur kapitalı fondları üçün yeni qaydalar müəyyənləşir
18.06.2026İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb
18.06.2026
BMW və Mercedes-Benz-in ən populyar modelləri neçə manata təklif olunur?
18.06.2026Vəfatdan sonra yaxınlara ödəniş edən sığortada son 5 il
18.06.2026Kvant kompüterləri hazırlayan “Atom Computing” 300 milyon dollardan çox yatırım aldı
18.06.2026Qlobal bazarlarda FED və sülh qarışıqlığı: Nə baş verir?
18.06.2026Süni intellekt insanları əvəz etməyəcək, daha çox iş yeri yaradacaq - Ceff Bezos
18.06.2026
Azərbaycanda az işləyib yüksək maaş alan sahələr - SİYAHI
18.06.2026"Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır"
18.06.2026"Apple" məhsullarında qiymət artımı qaçılmaz ola bilər
18.06.2026