Azərbaycanda övladlarından aliment tələb edən valideynlər var

Redaktor

27.02.2025 19:33
146

Azərbaycanda övladlarından aliment tələb edən valideynlər var

Hazırda ən çox müzakirə olunan mövzulardan biri də alimentlərlə bağlıdır. Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilib. Qərara əsasən, aliment tutularkən onun məbləği konkret rəqəmlə deyil, minimum əmək haqqının müəyyən mislinə uyğun sabit pul məbləğində göstəriləcək.

Çoxları elə bili ki, ölkəmizdə təkcə valideynlər övladlarına görə aliment ödəyir, amma qanunvericiliyimizdə həm də valideynlərin yetkinlik yaşına çatmış övladlarından aliment tələb edə bilmək hüququ təsbit olunub. 

Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırmağa görə, yetkinlik yaşına çatmış şəxslərə xəbərdarlıq edilir və ya onlar 60-100 manat məbləğində cərimə olunurlar. 

Qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmış və işləmək qabiliyyətinə malik olan övladlar əmək qabiliyyəti olmayan və maddi çətinlik çəkən valideynlərinə kömək etməli, onlara baxmalı və qayğı göstərməlidirlər. Əgər övladlar öz iradələri ilə valideynlərinə maddi yardım etmirlərsə, valideynlər məhkəməyə müraciət edərək aliment tələb edə bilərlər. Bu halda məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini nəzərə alır, aylıq ödəniləcək məbləği müəyyən edir.

Məhkəmə qərar qəbul edərkən övladların sayını və onların maddi imkanlarını nəzərə alır. Aliment məbləği bütün övladlar arasında bölüşdürülə bilər və ya yalnız bəzi övladlar üçün müəyyən edilə bilər. Lakin əgər valideynlər vaxtilə övladlarına qarşı öz valideynlik vəzifələrini yerinə yetirməyiblərsə, məhkəmə onların aliment almaq hüququnu ləğv edə bilər. Bundan əlavə, valideynlik hüququndan məhrum edilən şəxslər də övladlarından aliment istəyə bilməzlər.

Bəzi hallarda valideynlər ağır xəstəliyə tutulduqda, fiziki qabiliyyətini itirəndə və ya xüsusi qayğıya ehtiyac duyduqda əlavə xərclər ortaya çıxır. Belə hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qərarı ilə həmin xərclərin ödənilməsinə cəlb edilə bilərlər. Bu xərclər, məsələn, valideynə baxmaq üçün kənar şəxslərə ödənilən pullar və ya müalicə xərcləri ola bilər.

Məhkəmə bu qərarı qəbul edərkən hər iki tərəfin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin valideyn və övladlar arasında qarşılıqlı razılıq olduğu halda, bu məsələ məhkəməyə müraciət etmədən də həll oluna bilər.

Bəs hazırda Azərbaycanda övladlarından aliment tələb edən validxeynlər varmı?

Valyuta.az xəbər verir ki, Modern.az saytı bu sualla Ədliyyə Nazirliyinə müraciət edib.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, ölkəmizdə bu kimi hallara görə müraciətlər var, amma onların sayı azdır və müraciətlərin statistikası aparılmır. 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellektdən "təhlükəsiz parol" yalanı: Mütəxəssislər niyə "qəti etməyin" deyir?

25.02.2026

ADY yeni istiqamət üzrə sərnişindaşımaya başlayacaq

25.02.2026

Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub - YENİLƏNİB

25.02.2026

Neyron şəbəkələri çöküşə doğru gedir: Birjalar bu hesabatla sarsıldı

25.02.2026

BDU 10 milyonluq tender elan edib

25.02.2026

Bill Qeytsin komandası "süni günəş" yaradır: Bu, bütün dünyanı dəyişə bilər

25.02.2026

Nə benzin, nə də elektrik: Avropada ən populyar avtomobillər açıqlandı

25.02.2026

Kredit təşkilatı nizamnamə kapitalını 300 min manata yaxın azaltdı

25.02.2026

Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı

25.02.2026

Texnologiya nəhənglərinə etimad azalır: İstifadəçilərin 75 faizi narahatdır

25.02.2026

"İpək Yolu Sığorta"nın ödənişləri dayanıb

25.02.2026

"ABB" daşınmaz əmlaklarını hərraca çıxarır - MƏBLƏĞ

25.02.2026

İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub

25.02.2026

Azərbaycanda bu hospitalın 1 milyona yaxın borcu var

25.02.2026
Onlayn satış edən saxta səhifələri necə tanımaq olar?

Onlayn satış edən saxta səhifələri necə tanımaq olar?

25.02.2026

Məhsul satışından ən yüksək gəlir əldə edən rayonlar - CƏDVƏL

25.02.2026

Çingiz Səfərli baş direktor təyin edildi - FOTO

25.02.2026

Şokolad idxalı azalıb, xərclər isə artıb

25.02.2026

"Landmark"ın keçmiş sahibi 10 aydır işçilərin maaşını ödəmir

25.02.2026

Sabah bütün sosial müavinətlər ödəniləcək

25.02.2026

Məzənnə

Yüklənir...