Azərbaycanda istehsal olunan avtomobillərin satışının ƏDV-dən azad olunması üçün şərt açıqlandı

Redaktor

09.12.2025 11:45
96

Azərbaycanda istehsal olunan avtomobillərin satışının ƏDV-dən azad olunması üçün şərt açıqlandı

Azərbaycan ərazisində istehsal olunan minik avtomobillərinin satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə əlaqədar yeni şərt müəyyənləşir.

Valyuta.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Vergi Məcəlləsinə əsasən, Azərbaycan ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.

    Layihəyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə Azərbaycan ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2027-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad olacaq.

    O cümlədən Azərbaycan Respublikasının ərazisində istehsal olunan yük avtomobillərinin satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə yük avtomobillərinin ehtiyat hissələrinin idxalı 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad ediləcək.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

    Növbəti xəbər yüklənir...

    Xəbər lenti

    Bütün xəbərlər

    "SpaceX" 30 milyard dollardan çox İPO keçirmək istəyir

    10.12.2025

    “Assaia” 26,6 milyon dollar investisiya alıb

    10.12.2025

    "İntel" Aİ məhkəməsində uduzdu: 237 milyon avro cərimə ödəyəcək

    10.12.2025

    Nazirlik “Qarabağ Universiteti” üçün 7 milyonluq müqavilə imzalayıb

    10.12.2025

    "Grok" İlon Maskı "xilas etmək" üçün Yer əhalisinin yarısının məhvinə razılaşdı

    10.12.2025

    Azərbaycanda ÜDM istehsalı 1,6% artıb

    10.12.2025

    "Binance” ADGM çərçivəsi üzrə qlobal lisenziya alan ilk kriptovalyuta birjası oldu

    10.12.2025

    Yaddaş kartları bahalaşdı, "Nintendo" bir həftədə 14 milyard dollar itirdi

    10.12.2025

    Mərkəzi Bank tender elan edib

    10.12.2025

    Alimentlə bağlı yeni QAYDA

    10.12.2025

    Diplomatlar attestasiyadan keçəcəklər - Qaydalar müəyyənləşdi

    10.12.2025

    Baş nazir iclas keçirdi - Tapşırıqlar verildi

    10.12.2025

    “Yüksəliş” müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrıldı

    10.12.2025

    Prezident rektoru işdən çıxardı - Yeni təyinat

    10.12.2025

    Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə - Cinayət işi açıldı

    10.12.2025

    "Xiaomi" gəlirsizlik səbəbindən 1000-dən çox mağazanı bağlayacaq

    10.12.2025

    Yeni icra başçısı daha bir məmuru işdən çıxardı

    10.12.2025

    Əsas kapitala 16 mlrd. manatdan çox investisiya yönəldilib

    10.12.2025

    BP Cəbrayıla 13 milyon dollarlıq günəş panelləri gətirib

    10.12.2025

    Nazirlik rəsmisi: Bəzi qanunlar müasir çağırışlarla uzlaşmır

    10.12.2025

    Məzənnə

    Yüklənir...