Azərbaycanda 320 manatdan aşağı pensiya olmayacaq

Redaktor

07.02.2025 21:00
358

Azərbaycanda 320 manatdan aşağı pensiya olmayacaq

Prezident İlham Əliyev pensiyaların indeksləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Minimum pensiya məbləğinin artırılması ilə bağlı qanuna dəyişiklik də qüvvəyə minib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisadçı ekspert Elşad Məmmədov açıqlamasında bildirib ki, ölkədə 2025-ci ilin yanvar ayının 1-dən minimum pensiyalar 320 manat məbləğində müəyyən edilib.

"O ki qaldı indeksasiya sisteminə, qeyd etmək lazımdır ki, Azərbaycanda pensiyaların indeksasiya sistemi  ölkədə istehlak bazarında ötən il rəsmi qeydə alınan infilyasiya göstəricilərinə uyğun aparılır. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, Azərbaycanda 2024-cü ildə rəsmi infilyasiya göstəriciləri 8.1% olub. Buna uyğun da pensiyaların məhz 8.1% indekləşməsi reallaşdırılıb. Bütün bunlar onu deməyə əsas verir ki, bir tərəfdən ölkədə minimum pensiyaların həddi 320 manat göstərilir, yəni ondan aşağı pensiya olmayacaq”.

O bildirib ki, indeksasiya faktiki olaraq ölkədə alıcılıq qabiliyyətinin qorunmasına istiqamətlənmiş bir addımdır:

“Şübhəsiz ki, pensiyaların artımı pensiya alan vətəndaşlarımızın sosial dəstəyinə istiqamətləndirilib. Çünki inflyasiya ölkədəki alıcılıq qabiliyyətinə, əhalinin o cümlədən pensiya alan təbəqənin sosial durumuna təzyiqlər göstərirdi. Ona görə də indeksasiya reallaşdırılmalı idi. Əhalinin kifayət qədər geniş  təbəqəsinin müdaifəsinin mövcudluğu ilə yanaşı, həm də bunun iqtisadi effekti olacaq. Çünki bu vəsaitlərin böyük hissəsi istehlak bazarına gedərək ölkədəki işgüzar fəallığı stimullaşdırılmasına, o cümlədən yerli real sektorun inkişafına müvafiq dəstəkə verəcək. Bu baxımdan ölkə Prezidentinin indeksləşmə ilə bağlı qəbul etdiyi qərar, eyni zamanda minimum pensiyaların artımı həm sosial, həm də iqtisadi baxımdan müsbət dəyərləndirilməlidir”.

©modern.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu ®

03.03.2026

Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib - Fotolar

03.03.2026

İranın Hörmüz boğazını bağlaması Avropada qazı bahalaşdırıb

03.03.2026

Magistraturaya qəbul imtahanının ikinci cəhdinin keçiriləcəyi tarix məlum olub

03.03.2026

İstilik enerjisi və ictimai nəqliyyat üzrə yeni təkliflər irəli sürülüb

03.03.2026

Banklara dollarla daha çox əmanət yerləşdirən iqtisadi rayonlar - SİYAHI

03.03.2026

“SAĞLAM AİLƏ”-yə yeni direktor təyin edilib

03.03.2026

“ChatGPT”nin Azərbaycanda bazar payı açıqlandı

03.03.2026

16 ildir fəaliyyət göstərən bağça bağlandı

03.03.2026

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

03.03.2026

Ən çox nağd vəsaitə malik şirkətlər açıqlanıb - SİYAHI

03.03.2026

“Atəşgah" Sığortanın illik yığımları 1 milyon manatdan çox azalıb

03.03.2026

Nazir İradə Xəlilovaya vəzifə verdi

03.03.2026

"Apple" "iPhone 17e"ni təqdim etdi - Qiymət

03.03.2026

Bu ölkələrdən gələn turistlər Azərbaycanda milyonlar xərcləyib

03.03.2026

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir

03.03.2026

“Su İdman Sarayı”nda 1,2 milyonluq yenilənmə

03.03.2026

Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb ®

03.03.2026
Xarici valyutada kreditlər üzrə faizlər bir ildə necə dəyişib?

Xarici valyutada kreditlər üzrə faizlər bir ildə necə dəyişib?

03.03.2026

Neftimizin qiyməti 7 dollara yaxın bahalaşıb

03.03.2026

Məzənnə

Yüklənir...