Redaktor
Azərbaycan bu ölkələrdən insan tükü alır
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 13,11 kq insan tükləri (parik hazırlamaq üçün sair materiallar) idxal olunub.
Valyuta.az xəbər verir ki, idxalın ümumi dəyəri 5,66 min ABŞ dolları təşkil edib.
Belə ki, Özbəkistandan 9,8 kq həcmində insan tükü idxal olunub, dəyəri 4,95 min ABŞ dolları olub. Bu da 1 kiloqram üçün 505 ABŞ dolları və ya təxminən 858 manat deməkdir.
Birləşmiş Ərəb Əmirliklərindən 0,29 kq məhsul gətirilib, idxal dəyəri 0,15 min ABŞ dolları olub. Bir kiloqramın orta qiyməti 517 ABŞ dolları və ya 879 manat təşkil edib.
Çindən 1 kq həcmində, 0,42 min ABŞ dolları dəyərində məhsul idxal olunub. Bu isə 1 kiloqram üçün 420 ABŞ dolları və ya 714 manat deməkdir.
Kanadadan isə 2,02 kq məhsul gətirilib, idxal dəyəri 0,14 min ABŞ dolları olub. Bir kiloqramın qiyməti 69 ABŞ dolları və ya 117 manat səviyyəsində formalaşıb.
Sərvanə Rəmixanova