Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır?

Redaktor

15.09.2025 13:35
463

Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır?

Bu ilin ilk 7 ayında Azərbaycana xarici ölkələrdən 83 min ton “Aİ-92”, 70,7 min ton “Aİ-95” markalı benzin idxal edilib.

Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə “Aİ-92” markalı benzinin idxalı 90%, “Aİ-95” markalı benzinin idxalı isə 69% artıb.
Qeyd edək ki, bu il xaricdən gətirilən “Aİ-92” markalı benzinin bir litrinin orta gömrük dəyəri 97 qəpik, “Aİ-95” markalı benzinin bir litrinin orta gömrük dəyəri isə 1,07 manat olub.

Məlumat üçün bildirək ki, “Aİ-92” markalı benzin Azərbaycana Rusiya, Rumıniya və Belarusdan gətirilib. “Aİ-95” isə Rusiya, Rumıniya, Bolqarıstan və Belarusdan idxal olunub.
Onu da bildirək ki, iyul ayında Rusiyadan Azərbaycana “Aİ-92” markalı benzin idxal olunmayıb. İyul ayında Rusiyadan 5,6 min ton “Aİ-95” gətirilib və onun da bir litrinin orta gömrük dəyəri 1,02 manat olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Rusiyadan Azərbaycana idxal edilən “Aİ-95” markalı benzinin bir litrinin orta gömrük dəyəri 1,12 manat təşkil edib.

©Yeniavaz.com

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb

16.03.2026

Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir

16.03.2026

Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi

16.03.2026

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

16.03.2026

“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb

16.03.2026
Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

16.03.2026

Bakının bütün rayonlarında kirayə qiymətləri artıb

16.03.2026

12 il işlədiyi "Meta"dan ayrılıb süni intellektə yeni yanaşma gətirir

16.03.2026

Rabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar Kampaniyası" ®

16.03.2026

Bəzi ailələr üçün 20 mənzil alınacaq

16.03.2026

Kartmane taksit kartı istifadəçiləri üçün “Novruz payı” kampaniyası (R)

16.03.2026

“Binance”ın qurucusu CZ indi Bill Qeytsdən daha varlıdır

16.03.2026

1100-dən çox klinika və 12 000 həkimlə əməkdaşlıq edən startap

16.03.2026

Onlayn kazino oyunları təşkil edən 4 nəfər tutuldu

16.03.2026

Yeni cərimələr təsdiqləndi

16.03.2026

78 yaşında biznes qurub 84 yaşında milyarder olan sahibkar

16.03.2026

"Meta" “Nebius” ilə 27 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb

16.03.2026

Azərbaycan yanacağı Ermənistanda qiymətləri aşağı saldı

16.03.2026

Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək

16.03.2026

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı

16.03.2026

Məzənnə

Yüklənir...