Redaktor
Avqust ayında keçiriləcək növbəti hərraclara 40 əmlak çıxarılıb
16, 20 və 27 avqust tarixlərində keçiriləcək hərraclara 40 əmlak çıxarılıb, o cümlədən iştirakçılara torpaq sahələri və nəqliyyat vasitələrinə sahib olmaq imkanı yaradılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 16 avqust tarixində keçiriləcək hərraca "Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının balansında olan fərdi yaşayış evi və 15 torpaq sahəsi çıxarılıb.
Növbəti tarixdə keçiriləcək hərraca 20 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1990-2008-ci illəri əhatə edir.
Avqustun 27-də keçiriləcək hərracda isə alıcılar 4 avtomobilə sahib ola bilərlər. Avtomobillərin buraxılış tarixləri 2006-2013-cü illəri əhatə edir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərADY-nin departament müdiri işdən çıxdı
04.03.2026Azərbaycanda pambıq lifi ixracı 2 milyon dollar artıb
04.03.2026Azərbaycanda ən çox istehsal olunan neft məhsulları - SİYAHI
04.03.2026"Apple" ucuz noutbuk modelini təqdim edə bilər - Qiymət
04.03.2026Gənc istedadlara xüsusi təqaüdlər verilməsi üçün 62 min manata yaxın vəsait ayrılıb - SƏRƏNCAM
04.03.2026Prezident İlham Əliyev İranın səfirliyində olub, başsağlığı verib
04.03.2026"Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər"
04.03.2026Həyatın ölüm halından sığortasında yığımlar artıb
04.03.2026