Ağıllı telefonlara üsyan etdi, ev telefonu sayəsində milyonçu oldu

Redaktor

04.12.2025 00:42
186

Ağıllı telefonlara üsyan etdi, ev telefonu sayəsində milyonçu oldu

Ağıllı telefon ekranlarına artan asılılıq, müasir texnologiyanın yaratdığı rəqəmsal yorğunluğu daha da dərinləşdirir. Bu vəziyyətdən bezənlər arasında diqqətçəkən bir ad var: Özü də bir texnologiya şirkəti qurucusu olan Kat Qötze. 

Valyuta.az xəbər verir ki, uzun illər davam edən cihaz asılılığını azaltmaq cəhdində Qötze iki il əvvəl radikal bir qərar verib - ağıllı telefonunu daha sadə, daha “məsum” bir cihazla əvəz etmək. Bu axtarış onu uşaqlıq xatirələrinə, köhnə naqilli ev telefonlarına qaytarıb.

“Naqillərini fırladıb dostlarınızla danışa biləcəyiniz ev telefonlarının hələ də mövcud olması çox zərif və nostalji olardı”, deyə düşünən Qötze fikrini reallaşdırmaq istəyib. Yeni mənzilinə sabit xətt çəkdirməyin yaratdığı bürokratik maneələr qarşısında geri çəkilmək əvəzinə, 20 yaşlarında olan bu gənc sahibkar öz yolu ilə həll tapıb və "Bluetooth" uyğunlu bir naqilli telefon hazırlayıb.

İkinci əl bazarından tapdığı çəhrayı, qapaqlı ev telefonunu "Bluetooth" ilə işləyə bilən hala gətirən Qötze cihazı sanki yenidən qurub. Bu çəhrayı telefon çox keçmədən mənzilinin ən çox diqqət çəkən əşyası olub.

İki il ərzində gündəlik həyatında istifadə etdiyi bu cihazı 2025-ci ilin iyulunda internet izləyiciləri ilə paylaşanda aldığı reaksiya onu heyrətə salıb. Bir neçə saat ərzində yüzlərlə insan bu cihaza ehtiyac duyduğunu yazıb. Qötze ən çox 15–20 nəfərin əvvəlcədən sifariş verəcəyini düşünərək onlayn mağaza açıb və sifarişləri təkbaşına, mənzilində hazırlamağı planlaşdırıb.

Lakin o, “Physical Phones” adını verdiyi layihə ilə cəmi üç gündə 120 min dollardan çox satış əldə edib. Oktyabrın sonuna qədər 3 mindən çox cihaz satılaraq ümumilikdə 280 min dollarlıq gəlir toplanıb. Qötze bu gözlənilməz uğuru belə təsvir edir: "Elə bil şüşənin içinə ildırım düşdü".

Hazırda “Physical Phones” 90–110 dollar aralığında dəyişən beş fərqli model təqdim edir və artan tələbi qarşılamaq üçün bir elektronika istehsalçısı ilə əməkdaşlıq qurub. İlk partiya məhsulların dekabr ayında müştərilərə göndərilməsi gözlənilir.

Bu telefonlar "iPhone" və "Android" cihazlara "Bluetooth" vasitəsilə qoşulur. Ağıllı telefona gələn normal zənglərin yanaşı "WhatsApp", "FaceTime", "Instagram" və "Snapchat" kimi platformalardan səsli və ya video zənglər qəbul edərkən də zəng edir, zəngdən gələn səs telefona ötürülür. İstifadəçilər zəng etmək üçün ya nömrəni əl ilə yığa, ya da ulduz düyməsinə basaraq cihazın səsli köməkçisini aktivləşdirə bilirlər.

Qötze hesab edir ki, işinin uğuru insanların ekran vaxtını azaltmaq və ağıllı telefon asılılığından qurtulmaq istəyinin güclənməsi ilə sıx bağlıdır. Onun fikrincə, xüsusilə COVID-19 pandemiyası telefon istifadəsini köklü şəkildə dəyişdirib. Evdə qalmağa məcbur olan insanlar vaxt keçirmək və əlaqədə qalmaq üçün TikTok kimi tətbiqlərə daha çox yönəlib.

Qötze bildirir ki, istehlakçılar texnologiya şirkətlərinin diqqətləri üzərində saxlamaq cəhdlərindən və süni intellektlə dolu virtual məkanlarda gəzinməkdən yorulmağa başlayıb: "Diqqət müddətlərimiz qısalıb. Daha narahatıq. Anı yaşaya bilmirik və həyatımızdan zövq almırıq. Tam bir tənha­lıq epidemiyası yaşayırıq. İnsanlar artıq ayaq dirəyir və "Mən bunu istəmirəm, fərqli bir gələcək seçirəm’ deməyə başlayırlar".

O, texnologiyanı “şeytanlaşdırmaqdan” qaçdığını və bu sahədəki irəliləyişlərin davamlı enerji mənbələri və peyvəndlər kimi dünya üçün böyük faydalar gətirdiyini vurğulayır. Qötzeyə görə əsas məsələ texnologiya ilə ahəngdar şəkildə yaşamağın yolunu tapmaqdır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

 Bakı metrosunda interval azaldılacaq? - Rəsmi

20.01.2026

Stolüstü kompüter istehsalı 52% azalıb

20.01.2026

Trampdan qərar: Fransa şərablarına yüksək rüsum tətbiq ediləcək

20.01.2026

Ceyhun Bayramov: İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı mütəmadi fəaliyyətdəyik

20.01.2026

Qızılın qiyməti 4700 dolları ötüb

20.01.2026

DYP-dən sürücülərə xəbərdarlıq

20.01.2026

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

20.01.2026

Mərkəzi Banka ən çox borcu olan BANKLAR - CƏDVƏL

20.01.2026

ABŞ-nin dövlət borcu rekord həddə çatdı

20.01.2026

Niyə pulumuzu idarə etməkdə çətinlik çəkirik? - SƏHƏR OXUSU

20.01.2026

20 Yanvar faciəsindən 36 il ötür

20.01.2026

Avtomobillərdə bir dövrün sonu: Kapotu açanda həmin çubuğu niyə görmürük?

19.01.2026

"Nvidia" atonom sürüşdə "Tesla"ya rəqib olmağa hazırlaşır

19.01.2026

Məzənnə

Yüklənir...