“Adore”un 402 manatlıq ətrinin keyfiyyətindən narazıdır

Redaktor

09.01.2026 12:08
164

“Adore”un 402 manatlıq ətrinin keyfiyyətindən narazıdır - Video

Paytaxt sakini tanınmış parfümeriya şəbəkələrindən olan “Adore”dan aldığı ətrin keyfiyyətindən narazıdır.

Valyuta.az xəbər verir ki, bu şikayətlə APA TV-yə Gülər Mehdiyeva müraciət edib.

Onun sözlərinə görə, yüksək məbləğə aldığı ətrin nə qoxusu, nə də qalıcılığı təqdim olunan xüsusiyyətlərə uyğundur. 

Şikayətçi məsələ ilə bağlı həm mağazaya, həm də rəsmi səhifələrə müraciət etdiyini, lakin buna laqeyd münasibət göstərildiyini iddia edib:

“Dekabrın 3-də “Adore”un “Gənclik Mall” filialından ətir aldım. Məhsulun öz qiyməti 402 manat, 30 faiz endirimlə 281 manat 40 qəpik idi. Evə gələndən sonra açıb istifadə etdim və gördüm ki, ətrin iyi tamamilə fərqlidir. Həm kəskin qoxu, həm də spirt iyi gəlirdi. Qalıcılığı da heç yox idi. Əvvəlcə səhifələrinə yazdım, cavab verilmədi. Daha sonra mağazaya yaxınlaşdım, onda da inkar etdilər ki, “bizdə saxta ətir olmur”. Laqeyd yanaşdılar və dedilər ki, “hara istəsəniz, müraciət edə bilərsiniz”.

G.Mehdiyeva qeyd edib ki, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə (AİB) də müraciət edib. 

AİB sədri Eyyub Hüseynov bildirib ki, ictimai rəydə “Adore” parfümeriya və kosmetika mağazalar şəbəkəsi barədə mənfi rəylər mövcuddur:

“Böyük endirimlərlə istehlakçıları cəlb edərək onun tələbatına uyğun olmayan və natural ətirlə identik olmayan məhsullar satırlar. Nazirlər Kabinetinin 114 saylı Qərarından sui-istifadə edərək istehlakçıların hüquqlarını pozurlar”. 

“Adore” parfümeriya və kosmetika mağazalar şəbəkəsinin baş direktor müavini Yusif Zeynalov məsələ ilə bağlı bildirib ki, məhsul istehalçı şirkət tərəfindən hansı formada istehsal olunubsa, mağazalarda da eyni şəkildə satışa təqdim edilir.

Onun sözlərinə görə, daxil olmuş şikayətlə bağlı müvafiq brend artıq məlumatlandırılıb: “Həmin məhsulla bağlı həm gigiyenik sertifikatımız, həm məişət sertifikatımız, həm də gömrük bəyannaməmiz var. Həmin məhsul birbaşa Avropada brendin öz zavoduna göndərilə və orjinallığı yoxlanıla bilər”.

Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən isə müvafiq araşdırma aparıldığı vurğulanıb:

“Qeyd olunanları nəzərə alaraq bildiririk ki, vətəndaşın müraciəti hazırda araşdırma mərhələsindədir. Araşdırma yekunlaşdıqdan sonra əldə edilmiş nəticələr barədə müraciət edən tərəfə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada məlumat veriləcək”. 

“Əgər müştəriyə satılan məhsulun saxta olduğu aşkarlanarsa, vətəndaş təzminat tələb edə bilər. Həmin məhsula görə şirkətin əldə etdiyi, formalaşdırdığı dövriyyəyə uyğun olaraq cərimə sanksiyası tətbiq oluna bilər. Eyni zamanda vətəndaş da ödəniş etdiyi məhsula görə vurulmuş zərərin tam məbləğini və mənəvi zərəri də tələb edə bilər”, - bunu isə məsələnin hüquqi tərəflərini izah edən hüquqşünas Ramil Süleymanov qeyd edib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İqtisadi Zonaların İnkişaf Agentliyi mühafizəyə 1.5 milyondan çox pul xərcləyəcək

10.01.2026

Azərbaycan üzərindən Ermənistana şəkər göndəriləcək

10.01.2026

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb?

10.01.2026

İşdən çıxarılan rəisin əvəzinə YENİ TƏYİNAT

10.01.2026

Milyonlarla borcu olan "Kontakt Home"un direktoru yenidən cərimələndi

10.01.2026

"Lüks alış-verişin 75%-ni aşağı gəlirli insanlar edir"

10.01.2026
2026-cı ildə Avropanın yarısı yeni iş axtarmağı planlaşdırır, amma...

2026-cı ildə Avropanın yarısı yeni iş axtarmağı planlaşdırır, amma... - ARAŞDIRMA

10.01.2026

“Forbes” 2025-ci ilin ən gəlirli komandalarını açıqladı

10.01.2026

İpotekaya yararlı mənzillərin qiymətində ciddi artım - VİDEO

10.01.2026

MİS-lər də MMC olacaq: Nə dəyişəcək?

10.01.2026

Tramp: Neft şirkətləri Venesuelaya yüz milyardlarla dollar sərmayə yatıracaq

10.01.2026

Sabah hava necə olacaq?

10.01.2026

Bakıda ili köhnə olan avtobuslar nə vaxt yenilənəcək? - VİDEO

10.01.2026

Tehranda 26 bank və 10 dövlət obyekti yandırılıb – Mer

10.01.2026

Ödənişli parkinq zamanı avtomobilə dəyən ziyan niyə qarşılanmır? - VİDEO

10.01.2026

Kərə yağı bahalaşacaq? - Güzəşt ləğv edildi

10.01.2026

2025-ci ildə biznes dünyasında önə çıxan texnologiya trendləri

10.01.2026

Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb

10.01.2026

Azərbaycan neftinin qiyməti 4 faizdən çox artıb

10.01.2026

Kilosu 509 manata ölkəyə balıq gətirilib

10.01.2026

Məzənnə

Yüklənir...