Tehranda 26 bank və 10 dövlət obyekti yandırılıb – Mer

Redaktor

10.01.2026 12:20
146

Tehranda 26 bank və 10 dövlət obyekti yandırılıb – Mer

Ötən sutka ərzində İranda keçirilən etiraz aksiyaları zamanı paytaxt Tehran şəhərində 26-dan çox bank filialı və 10 dövlət obyekti yandırılıb.

Trend-in məlumatına görə, bunu Tehran meri Əlirza Zakani yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, iğtişaşçılar tərəfindən paytaxtda 25-dən çox məscid və 47 avtobus da yandırılıb.

Zakani bildirib ki, həmçinin iğtişaşçılar 3 polis bölməsinə və 25 “Bəsic” bölməsinə hücum ediblər. Onlar istənilən cinayətə əl atıblar.

Tehran meri əlavə edib ki, hazırda etirazlarda iğtişaşçılar üç dəstəyə bölünürlər. Birinci dəstə müxtəlif qrupların təşviqinə aldanaraq küçələrə axışır və cinayətlər törədirlər. Onlar konkret məqsədi olmayan və emosiyalara qapılmış gənc qızlar və oğlanlardır. Lakin məhz bu şəxslər iğtişaşçılar tərəfindən atəşə tutularaq öldürülüb. İkinci dəstə quldurlardır və əllərinə keçən əmlakı qarət etməklə məşğuldur. Üçüncü dəstə isə hakimiyyəti devirmək üçün çalışır. İranın Məhkəmə Sisteminin qərarına əsasən üçüncü dəstə birbaşa cinayətə cəlb olunacaq şəxslərdir.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ABB-nin İdarə Heyətinə yeni üzv seçildi

13.01.2026

Nazir generalı təqaüdə göndərdi

13.01.2026

"Lukoil"un qlobal aktivlərinin alışı üçün şirkətlər mübarizədə

13.01.2026
Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON

Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON

13.01.2026

Daha 9 startap vergidən azad olundu

13.01.2026

Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"

13.01.2026

İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi

13.01.2026

Azərbaycanda lüks avtomobil şirkəti kapitalını 16,5 milyon manat azaldıb

13.01.2026

İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub

13.01.2026

İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub

13.01.2026
Kəşbek pulu kimdən çıxır - bank, mağaza, yoxsa müştəridən?

Kəşbek pulu kimdən çıxır - bank, mağaza, yoxsa müştəridən?

13.01.2026

Azərbaycanda son 5 ildə nə qədər təbii qaz istehsal olunub?

13.01.2026

Prezident Tərtər və Ağdərəyə səfər etdi

13.01.2026

"Apple" geri addım atdı, yeni "Siri"ni ən böyük rəqibinə etibar etdi

13.01.2026

"Alphabet"in bazar dəyəri 4 trilyon dolları keçdi

13.01.2026

Azərbaycan Turizm Bürosunun sədr müavini işdən çıxıb - YENİ VƏZİFƏ

13.01.2026

Sabah Bakıda sulu qar yağacaq, güclü külək əsəcək

13.01.2026

İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib

13.01.2026

Avropa bankları Bakı milyonçusunun pullarını qaytarmır

13.01.2026

İlon Maskın sərvəti ilə nələr almaq olardı?

13.01.2026

Məzənnə

Yüklənir...