"ABB"yə 1000 manat qoysaq, nə qədər qazanarıq?

Redaktor

09.04.2026 11:45
912

"ABB"yə 1000 manat qoysaq, nə qədər qazanarıq? - Aylıq, İllik qazanc

Azərbaycanda bank depozitlərinə maraq artmaqda davam edir. Vətəndaşlar üçün ən aktual məsələlərdən biri yerləşdirilən vəsaitin nə qədər gəlir gətirməsidir.

Valyuta.az "ABB"də "Klassik əmanət" şərtlərinə əsasən 1 000 manat depozit yerləşdirilməsi zamanı əldə olunan aylıq və illik qazanc məbləğini hesablayıb.

Qeyd edək ki, depozit gəlirləri ilə bağlı vergi məsələləri də mühüm rol oynayır. Mövcud qaydalara əsasən, bank depozitləri üzrə faiz gəlirləri ümumilikdə vergiyə cəlb olunsa da, müəyyən güzəştlər tətbiq edilir. Depozitlər müddətinə görə qısa və uzun müddətli olmaqla fərqləndirilir.

Qısa müddətli depozitlər 18 aydan az müddətə yerləşdirilən vəsaitlərdir və bu halda aylıq faiz gəlirinin 200 manata qədər olan hissəsi vergidən azaddır. Bu məbləği aşan hissəyə isə vergi tətbiq olunur. Uzun müddətli depozitlər isə 18 ay və daha çox müddətə yerləşdirilən vəsaitləri əhatə edir. Bu halda, depozit vəsaiti 18 aydan tez geri götürülmədikdə, əldə olunan faiz gəlirlərinin tam hissəsi vergidən azad edilir. Lakin vəsait müddət tamamlanmadan çıxarıldıqda, bu güzəşt qüvvədən düşür və yalnız 200 manatadək hissəyə tətbiq edilən vergi azadolması qüvvədə qalır.

Bu qaydalar Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.22-3 və 102.1.22-4-cü maddələrdə əksini tapıb.

"ABB"də 1000 manat depozit yerləşdirmək
Müddət Aylıq faiz Aylıq qazanc Müddətin sonu faiz Müddətin sonunda qazanc Müddətin sonunda ümumi məbləğ
3 ay 8% 20,00 8% 20,00 1 020,00
6 ay 8,5 % 42,50 9% 45,00 1 045,00
12 ay 8,5 % 85,00 9,5 % 95,00 1 095,00
18 ay 9% 135,00 10% 150,00 1 150,00
24 ay 9% 180,00 10% 200,00 1 200,00
36 ay 8,5 % 255,00 9,5 % 285,00 1 285,00
09.04.2026

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Telefon satmağı dayandıran "Nokia" pulu haradan qazanır?

04.06.2026

Əziz Ağayev: “Süni intellekt bizə 54 sual verdi, sonra 85 səhifəlik sənəd hazırladı”

04.06.2026

Azərbaycan suveren dövlət xidmətləri internetdən asılı olmayacaq

04.06.2026

28 May ərazisində obyektlərin icarə qiymətləri - CƏDVƏL

04.06.2026

Kripto bazarının yaxından izlədiyi şirkət 70 milyon dollarlıq "Bitcoin" satdı

04.06.2026

Peşə riskləri üzrə icbari sığorta ödənişlərində 660 min manatlıq azalma

04.06.2026

"Lovable" "Google Cloud" ilə çoxillik müqavilə imzalayıb

04.06.2026

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq

04.06.2026

Xaçmaz və Beyləqanda elektrik şəbəkələri 5,5 milyona yenilənəcək

04.06.2026

Eldar Rəsulova “AzərGold”da vəzifə verildi

04.06.2026

Qırmızı Ürəklər Fondunun “Qurban payı” aksiyası çərçivəsində 400 ailəyə yardım edildi ®

04.06.2026

Kəndli əvvəlkindən qat-qat çox icarə haqqı ödəyir

04.06.2026

Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır -Ali Məhkəmə açıqladı

04.06.2026

PAŞA Bank-ın səhmdarı olmaq artıq hər kəs üçün mümkündür - İkram Səfərəliyev ilə müsahibə®

04.06.2026

Sığortaçıları ziyana salan növ - ödənişlər yığımları 2,8 dəfə üstələdi

04.06.2026

Buğda istehsalına mane olan nədir? - Nazirlik açıqladı

04.06.2026

Ət istehsalı artırılacaq - qiymətlər azalacaq?

04.06.2026

Mərkəzi Bankda "Manato" üzrə daxil olan şikayətlər araşdırılır

04.06.2026

Tramvay xətləri dövlət mülkiyyətində olacaq

04.06.2026

Pay torpaqları birləşdirilir - Azərbaycanda ilk

04.06.2026

Məzənnə

Yüklənir...