Redaktor
2026-cı il üçün ən etibarlı 10 avtomobil modeli
Əgər bu il yeni avtomobil almağı planlaşdırırsınızsa, ehtimal ki, sizin üçün etibarlılıq və sərfəli qiymət əsas meyarlardandır. Bəs 2026-cı ildə hansı avtomobil modelləri ən etibarlı sayılır?
Bu yazıda 2026-cı ilin ən etibarlı 10 avtomobilini və onların niyə yaxşı seçim ola biləcəyini təqdim edirik:
1. "Toyota Camry"
Orta qiymət: 34,952 ABŞ dolları
"Toyota" bazarda ən etibarlı brendlərdən biridir. Son "Consumer Reports" sorğusuna əsasən, bu marka birinci yeri tutub. Eyni zamanda, "Camry" 2025-ci il üzrə "JD Power"ın ABŞ avtomobil etibarlılığı araşdırmasında ən yüksək nəticə göstərən orta ölçülü avtomobil olub.
2. "Toyota Prius"
Orta qiymət: 35,718 ABŞ dolları
"Toyota Prius" ən etibarlı plaq-in hibrid avtomobillərdən biridir. Litrlə 57 milə qədər məsafə qət edə bilir və bu onu gündəlik sürüş, uzun yol və uzaq səfərlər üçün ideal edir. 2026 modelində ciddi dəyişikliklər gözlənilmir.
3. "Toyota Corolla"
Orta qiymət: 25,560 ABŞ dolları
"Corolla"nın da bu siyahıya düşməsi təəccüblü deyil. 2026 modeli üçün dəyişikliklər minimaldır – bu da sürprizsiz, etibarlı və sərfəli avtomobil axtaranlar üçün üstünlükdür.
4. "Subaru Forester"
Orta qiymət: 39,527 ABŞ dolları
"Consumer Reports"un etibarlılıq siyahısında ikinci yerdə "Subaru" qərarlaşıb. "Forester" həm etibarlılığı, həm də təhlükəsizlik funksiyaları ilə seçilir – o cümlədən "EyeSight" sürücü yardım texnologiyası və tam ötürücü sistemlə təchiz edilib. 2025-ci ildə ilk dəfə olaraq hibrid variantı təqdim olunmuşdu. 2026 üçün isə "Wilderness" adlı off-road versiyası əlavə olunub.
5. "Subaru Impreza"
Orta qiymət: 27,003 ABŞ dolları
"Subaru" markası ikinci yeri tutduğuna görə, "Impreza" modeli də ilk onluqda yer alıb. "Impreza" heç də iri ölçülü olmasa da, tam ötürücülü sistem və yüksək etibarlılığı ilə tanınır.
6. "Lexus NX"
Orta qiymət: 50,896 ABŞ dolları
"Consumer Reports"un etibarlılıq siyahısında üçüncü yerdə "Lexus" qərarlaşıb. Bu, təəccüblü deyil, çünki "Lexus", "Toyota"nın törəmə markasıdır. "NX", lüks və keyfiyyətli avtomobil axtaranlar üçün ideal seçimdir.
7. "Lexus RX"
Orta qiymət: 59,257 ABŞ dolları
Əgər bir az daha geniş avtomobil istəyirsinizsə, "RX" modeli uyğun ola bilər. Bu, "Lexus"un ilk krossover SUV modelidir və 2023-cü ildə yenidən dizayn olunmasına baxmayaraq, yüksək etibarlılıq reytinqlərini qoruyub saxlayır.
8. "Honda HR-V"
Orta qiymət: 30,495 ABŞ dolları
"Honda", "Consumer Reports"un siyahısında dördüncü yeri tutub. "HR-V" bu markanın digər modelləri qədər uzun tarixçəyə malik olmasa da, eyni etibarlılıq standartlarını daşıyır.
9. "Kia Sorento Hybrid"
Orta qiymət: 40,183 ABŞ dolları
"Kia" markası ümumi sıralamada onuncu yerdə olsa da, "Sorento Hybrid" modeli yüksək etibarlılıq göstəricilərinə malikdir. Ayrı bir "Consumer Reports" araşdırmasına əsasən, bu model ən etibarlı üçsıralı SUV olaraq seçilib.
10. "Hyundai Elantra Hybrid"
Orta qiymət: 25,819 ABŞ dolları
Siyahını "Hyundai Elantra Hybrid" tamamlayır. Bu model litrlə 54 mil məsafə qət etməklə gündəlik işə gedib-gəlmələr üçün idealdır. Bundan əlavə, zəmanət şərtləri də güclüdür, bu da potensial nasazlıqlardan sığorta kimi çıxış edir.
Tənzilə Ağabalayeva