İcra başçısı işdən çıxarılan Qaradağda yeni təyinatlar

Redaktor

02.02.2026 20:11
27

İcra başçısı işdən çıxarılan Qaradağda yeni təyinatlar

Qaradağ Rayon İcra Hakimiyyətində yeni kadr dəyişiklikləri olub.

Valyuta.az "Oxu.az"a istinadən xəbər verir ki, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi olmuş Rövşən Pənahlı tutduğu vəzifədən azad edilib. O, icra hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu vəzifəsinə təyin edilib.

Əvvəllər İnformasiya təminatı və təhlil sektorunun müdiri Şamama Ağamuradova isə vəzifəsindən azad edilərək, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub.

Bundan başqa icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi ləğv edilib və bu şöbənin Baş məsləhətçisi Səmayə Şıxəliyeva isə yeni işlə təmin edilməyib.

Məlumatda bildirilir ki, icra hakimiyyətində yeni yaradılan Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda işçilərin sayı artırılıb və daha bir təyinat olub. Belə ki, icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi işləyən Abbas Hüseynov vəzifəsindən azad edilərək Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda məsləhətçi vəzifəsində təyin olunub.

Qeyd edək ki, ötən həftə dövlət başçısının müvafiq sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bir gün sonra isə icra hakimiyyətinin Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib.

Müvafiq olaraq, həmin şöbələrin müdirləri – Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə hələ də antivirüs proqramı istifadə etmək lazımdırmı?

02.02.2026

Əbu-Dabidə Azərbaycan və BƏƏ prezidentləri arasında görüş olub

02.02.2026

İcra başçısı işdən çıxarılan Qaradağda yeni təyinatlar

02.02.2026

Həyat sığortası üzrə ödənişlər 643,8 milyon manatı ötüb

02.02.2026

“Rabitəbank” kotirovka elan edir ®

02.02.2026

Dollar qızılın çökməsi fonunda möhkəmləndi: Bundan sonra nə olacaq?

02.02.2026

Dörd müavinəti heç bir quruma müraciət etmədən almaq olar

02.02.2026

Telefonda hansı SMS və fotoları saxlamaq olmaz? - Dələduzlar onları axtarır

02.02.2026

“⁠İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə  ®

02.02.2026

Əmrulla Kərimov “Xalq Sığorta”da rəhbər vəzifəyə təyin edildi

02.02.2026

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

02.02.2026

Uorren Baffet lotereya bileti alardımı? - Risk və qazanc barədə fikirləri

02.02.2026

Sürücüsüz avtomobil layihəsi 16 milyard dollarlıq investisiyaya hazırlaşır

02.02.2026

Vahid Ələkbərovun sərvəti 24 milyard dolları ötüb

02.02.2026

Minimum əməkhaqqına hər il baxılacaq

02.02.2026

Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı ®

02.02.2026

İlk 5-liyə düşən milyarderlər açıqlandı - Kim nə qədər sərvət artırıb?

02.02.2026

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

02.02.2026

İki general rayon prokuroru oldu - Kamran Əliyevdən əmr

02.02.2026

Fuad İsayev: "Son 2 ildə Azərbaycan banklarının əmanət portfeli 30 % artıb"

02.02.2026

Məzənnə

Yüklənir...