Redaktor
1 milyard avroya yaxın saxta pul aşkarlandı
Rumıniyada 1 milyard avroya yaxın saxta pul aşkarlanıb.
Valyuta.az xəbər verir ki, Rumıniyanın cənub-şərqində yerləşən Konstansa limanında dəyəri təxminən 1 milyard avro olan saxta əskinaslar aşkarlanıb. Bu barədə Rumıniya hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, Rumıniya polisi limanda 160 qutuda saxta pul tapıb. Araşdırma Europol tərəfindən koordinasiya olunan “Decoy III” əməliyyatı çərçivəsində aparılıb. Əməliyyatın məqsədi Çin və Türkiyə kimi ölkələrdən Avropa İttifaqına daşınan saxta valyuta yüklərini aşkar etmək olub.
Rəsmilərin bildirdiyinə görə, 40 bağlamada 1,2 milyon ədəd 500 avroluq (cəmi 600 milyon avro), 20 bağlamada isə 600 min ədəd 200 avroluq (cəmi 120 milyon avro) saxta əskinas olub. Bundan əlavə, 60 bağlamada 1,8 milyon ədəd 100 avroluq (180 milyon avro) və 40 bağlamada 1,2 milyon ədəd 50 avroluq (60 milyon avro) əskinaslar aşkarlanıb.
Ümumilikdə 4,8 milyon saxta banknot - 960 milyon avro məbləğində vəsait müsadirə edilib. Faktla bağlı istintaq davam etdirilir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda 22 mindən çox işsiz var
19.01.2026İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi
19.01.2026Ötən il dövlət büdcəsində 528 milyon manata yaxın profisit olub
19.01.2026Azərbaycan əhalisinin sayı açıqlandı
19.01.2026Sabah bir sıra yollar bağlanacaq
19.01.2026"Kapital Bank"ın kredit portfeli 5 milyard manatı ötüb
19.01.2026Milyarderlərin əməl edib, adi insanların nəzərə almadığı qaydalar - “Pul qanunları”
19.01.2026