Redaktor
S&P: Azərbaycan manatın məzənnəsini sabit saxlamaqda davam edəcək
"Biz proqnozlaşdırırıq ki, Azərbaycan manatın məzənnəsini sabit saxlamağa davam edəcək".
"APA-Economics" xəbər verir ki, bu barədə "S&P Global Ratings" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın reytinq qiymətləndirməsində bildirib.
Agentlik 2028-ci ilə kimi manatın məzənnəsinin sabit qalacağını müəyyən edib. Qeyd edilib ki, məzənnənin 1,7 AZN səviyyəsində saxlanılması üçün hökumət valyuta bazarına müntəzəm müdaxilələr edəcək. Bununla belə, əgər hidrokarbon qiymətləri kəskin şəkildə düşərsə və uzun müddət aşağı səviyyədə qalarsa, hökumət Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının əhəmiyyətli azalmasının qarşısını almaq üçün mübadilə məzənnəsini tənzimləməyi düşünəcək.
S&P qeyd edib ki, manatın ABŞ dollarına “bərkidilməsi” daha çox proqnozlaşdırıla bilənlik təklif edir, lakin Mərkəzi Bankı müstəqil pul siyasəti aparmaq imkanından məhrum edir. Bununla belə, AMB-nin hələ də pul siyasəti ilə bağlı məhdud əməliyyat müstəqilliyi var.
“Daxili depozit dollarlaşması, pandemiyadan əvvəlki 55%-dən 2024-cü ilin oktyabrında 34%-ə qədər azalıb. Manatda yığımların daha cəlbedici olmasını isə milli valyuta depozitlərinə yüksək orta faiz dərəcəsi (8.7%, xarici valyuta depozitləri üçün 2.9% ilə müqayisədə), sabit məzənnə və büdcədən yuxarı neft qiymətləri ilə əlaqələndiririk”- S&P əlavə edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“İmkanı zəif olan şəxslərə bank sektoru tərəfindən kredit verilmir” - İqtisadçı
19.01.2026Azərbaycanda 22 mindən çox işsiz var
19.01.2026İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi
19.01.2026Ötən il dövlət büdcəsində 528 milyon manata yaxın profisit olub
19.01.2026Azərbaycan əhalisinin sayı açıqlandı
19.01.2026Sabah bir sıra yollar bağlanacaq
19.01.2026"Kapital Bank"ın kredit portfeli 5 milyard manatı ötüb
19.01.2026Milyarderlərin əməl edib, adi insanların nəzərə almadığı qaydalar - “Pul qanunları”
19.01.2026