Redaktor
Kitabçı: Zənginlərin uşaqlarına məsləhəti - “İnsanlar yalnız maaşa bağlı qalmamalıdırlar”
"Zəngin ata, kasıb ata" (ingiliscə: "Rich Dad Poor Dad") kitabı 1997-ci ildə Robert Kiyosaki tərəfindən yazılıb. Kitabda Kiyosaki maliyyə müstəqilliyinin əhəmiyyətini vurğulayır və oxuculara investisiya etməyə, mülk sahibi olmağa və pulun işləmə üsullarını öyrənməyə təşviq edir. Kitabda, aktivlər və passivlər arasındakı fərqə, həmçinin biznes və sahibkarlıq düşüncəsinə də geniş yer verilir. Bu kitab dünyada milyonlarla nüsxə satılmış və maliyyə ədəbiyyatında klassik sayılır.
Kitabın məğzi və məzmunu
“Zəngin ata, kasıb ata” (ingiliscə: “Rich dad Poor dad”) əsərinin əsas ideyası müəllifin həyatında iki ata fiquru: onun bioloji atası (kasıb ata) və ən yaxın dostunun atası (zəngin ata) arasında pul və sərvətə fərqli münasibətdən bəhs edir.
Kitabda ənənəvi ağır işləmək, təhlükəsiz iş tapmaq və pul yığmaq yolu ilə gedən “Kasıb ata”nın zehniyyəti ilə maliyyə müstəqilliyini vurğulayan, aktivlərə sərmayə qoyan və pul qazandıran “Varlı ata”nın təfəkkürü əks olunur. Kiyosaki maliyyə təhsilinin daşınmaz əmlak və biznes kimi aktivlərə sərmayə qoymağın və maliyyə azadlığına nail olmaq üçün risk almağın vacibliyini vurğulayır. Əsas mesaj budur ki, sərvət maaş üçün çox çalışmaqdan daha çox maliyyə zəkasına və düşüncə tərzinə aiddir.
Əsas məqamlar aşağıdakılardır
1. Aktivlər və passivlər
Zəngin atanın mesajı: Zəngin olmağın sirri aktivlərə sahib olmaqda yatır. Aktivlər sizin üçün pul qazanan vasitələrdir: daşınmaz əmlak, səhmlər, bizneslər və.s.
Passivlər isə əksinə, pulunu alıb aparan şeylərdir, məsələn bahalı maşınlar və ya böyük ipoteka borcu olan evlər. İnsanlar passivləri səhvən aktiv kimi görməməlidirlər.
Kasıb atanın yanaşması: Əsas gəlir mənbəyinin işdən maaş olduğunu düşünür və məhz yüksək maaşlı iş tapmaq üçün çalışır. Əksər hallarda öz öhdəliklərini (yəni passivləri) aktiv kimi qəbul edir.
2. Risk almaq və maliyyə cəsarəti
Zəngin atanın mesajı: Maliyyə uğuru üçün bəzən risk almaq lazımdır. Kiyosaki deyir ki, zəngin insanlar riskdən qorxmur, amma bu riskləri ağıllı şəkildə idarə edirlər. Yəni, onlar uzunmüddətli gəlir üçün potensial olan investisiyalara sərmayə qoyurlar.
Kasıb atanın yanaşması: Risklərdən qaçır təhlükəsiz yolu seçir. Məsələn, yüksək riskli investisiyalar əvəzinə daha az qazanc gətirən, amma təhlükəsiz olan seçimlər edir.
3. Vergiləri və şirkətlərin gücünü anlamaq
Zəngin atanın mesajı: Vergi qanunlarını və şirkətlərin vergi üstünlüklərini başa düşmək maliyyə uğuru üçün əhəmiyyətlidir. Zəngin insanlar öz pullarını qorumaq və vergilərdən qaçmaq üçün şirkətlərdən və digər vasitələrdən istifadə edirlər. Şirkətlər vasitəsilə xərclər azaldıla və daha az vergi ödənilə bilər.
Kasıb atanın yanaşması: Vergiləri qaçılmaz heasab edir və vergiləri azaltmaq yolları haqqında düşünmür.
4. Uğursuzluqdan qorxmamaq
Zəngin atanın mesajı: Uğursuzluq və maliyyə itkiləri həyatın bir hissəsidir və bundan dərs almaq vacibdir. Zəngin insanlar uğursuzluqdan qorxmur, əksinə, onu bir öyrənmə imkanı kimi görürlər.
Kasıb atanın yanaşması: Uğursuzluqdan qorxur və hər hansı maliyyə riskinə getməməyə çalışır.
5. Maliyyə müstəqilliyi
Zəngin atanın mesajı: İnsanlar yalnız maaşa bağlı qalmamalıdırlar. Maliyyə müstəqilliyi yaratmaq üçün sərmayə qoymalı və passiv gəlir mənbələri yaratmalıdırlar. Maliyyə müstəqilliyi işsiz qaldıqda belə gəlir əldə etməyi mümükün edir.
Kasıb atanın yanaşması: Sabit maaşa etibar edir və maliyyə azadlığına nail olmaq barədə düşünmür.
Nəticə
Kitabın əsas mesajı odur ki, insanlar pulla bağlı daha ağıllı qərarlar qəbul etməlidirlər. Sadəcə çox işləməklə zəngin olmaq mümkün deyil, əksinə, maliyyə biliklərini artırmaq, risk almaq və pulun sizin üçün işləməsini təmin etmək lazımdır. Maliyyə müstəqilliyinə çatmağın yolu, aktivlər yaratmaq və maliyyə düşüncə tərzini dəyişməkdən keçir.
Maya Hüseynova

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyanın ən uğurlu insanlarının əsas xüsusiyyətləri
27.06.2026Dünyanın ən lüks saat brendləri
27.06.2026
Bakıda startapçılar üçün unikal imkan: ABŞ vençur fondunun direktoru Bakıda seminar verir
27.06.2026Satış idarəetməsində uğurun 10 əsas amili
27.06.2026“Bitbank” kriptobirjası 289 milyon dollara satıldı
27.06.2026Yeni başlayanlara: karyera qurmağın 9 qızıl qaydası
27.06.2026Bazar günü yağış yağacaq
27.06.2026May ayında Azərbaycanda ödəniş kartlarının sayı artıb
27.06.2026Fiziki şəxslərin müddətli əmanətlərinin həcmi açıqlanıb
27.06.2026“SpaceX” Nasdaq-100 indeksinə daxil olub
27.06.2026OpenAI GPT-5.6 modelini məhdud şəkildə istifadəyə verdi
27.06.2026“Google” Android üçün ayrıca “Google Finance” tətbiqini təqdim edib
27.06.2026“YouTube Shorts” videolarında sürəti artırmaq mümkün olacaq
27.06.2026