Kassanın dolu olması hələ şirkətin qazanması demək deyil
15.05.2025 13:20
580

Kassanın dolu olması hələ şirkətin qazanması demək deyil

Həsən Həsənov
    SER Consulting Groupun təsisçisi

Şirkətlər var ki, rəqəmlərlə baxanda, hər şey qaydasındadır: aylıq dividend ödənilir, bank kreditləri qaytarılır, tədarükçülərlə hesablaşmalar davam edir. Amma bu, "hər şey qaydasındadır" rəyi dərin analizə tab gətirmir.

Təsəvvür edin ki, bir şirkət 3 il ərzində müxtəlif vaxtlarda kredit götürüb. Həmin müddət ərzində sahibkara eyni məbləğdə dividend ödənilib. Aylıq dividend və kredit ödənişi demək olar ki, eynidir. Kağız üzərində hər şey normaldır. Amma sual budur: şirkət bu dividendi hansı pulla verib?

Əgər dividend borc hesabına verilibsə, bu artıq qazanc yox, nağd pulun yer dəyişməsi deməkdir. Maliyyə baxımından baxsaq, bu, şirkətin gələcək imkanlarının bugünkü şəxsi maraqlara qurban verilməsidir. Maliyyə hesabatları da çox vaxt bunu ört-basdır edir. Belə olan halda, qazanc görüntüsü yaranır, amma əslində bu, borc üzərində qurulmuş bir illüziyadır.

Bu situasiyalarda borclanma əmsalı faydalı göstəricidir. Bu, nisbətən sadə dildə desək, aktivlərin hansı hissəsinin borcla maliyyələşdiyini göstərir:

Borclanma əmsalı = Öhdəliklər / Aktivlər

Əgər bu əmsal 1-ə yaxın və ya artıqdırsa, deməli, şirkətin bütün aktivləri borcla formalaşıb. Yəni şirkət başqasının pulu ilə yaşayır. Bu vəziyyət qısa müddətdə idarəolunan görünsə də, uzun müddətdə ciddi maliyyə stressinə səbəb ola bilər.

Hətta şirkət hazırda bütün alacaqlarını toplaya, ehtiyatlarını sata və borclarını bağlaya biləcək vəziyyətdə olsa belə, bu “ən yaxşı ssenari”nin özündə belə qazanc haqqında danışmaq risklidir. Nağd pul var deyə dividend vermək olmaz. Həmin pulun mənbəyinə baxmaq lazımdır: bu, gəlirdir, yoxsa borc?

Dövriyyə vəsaitini ortadan dividend olaraq götürüb, yerini kreditlə yamamaq məsləhətli iş olmaz yəqin ki!

Burada liderlik məsuliyyəti ön plana çıxır. CEO, CFO və ya sahibkar – kim olur-olsun, bir şirkətin qazandığını düşünməsi üçün təkcə kassa dolu olmalı deyil. Gəlir real olmalı, xərclər dayanıqlı, borc yükü isə nəzarət altında olmalıdır.

Əks halda, “dividend veririksə, deməli, yaxşıyıq” düşüncəsi bir gün “şirkətin hara getdiyini başa düşmədik” cümləsi ilə əvəzlənə bilər.

Şirkət həqiqətən qazandığı üçün dividend verib, yoxsa borc hesabına “qazanc” görüntüsü yaradılıb?

Əgər dividend borc hesabına verilibsə, bu, nə deməkdir?

Demək ki, şirkət öz gələcəyindən, sabahından borc alıb, bu günün şəxsi ehtiyaclarını ödəyib. O zaman bu dividend, qazanc deyil – “gələcək yük”dür. Bunu ölçmək üçün isə klassik borclanma (leverage) əmsalına baxmaq kifayət deyil. Kontekstə, nağd pul axınına, investisiyaların gəlirliliyinə və əməliyyatların dayanıqlılığına da baxmaq lazımdır.

Görünən odur ki, borc artıq şirkətin böyüməsi deyil, mövcudluğu üçün istifadə olunmağa başlayıb. Bu isə artıq risk siqnalıdır.

Çünki borc elə bir alətdir ki, sən onu idarə etməsən, o səni idarə edəcək. Rəqəmlər bizə çox şey danışır və dinləməyə dəyər!

Borcdan istifadə bəzən inkişaf üçün fürsət ola bilər. Amma borc qazanc deyilsə, dividend də “çətinliklə alınmış borc” hesabına verilməməlidir. CEO, sahibkar və ya maliyyə direktoru bu fərqi anlamalıdır, yoxsa maliyyə "nizamı" vizual bir illüziyaya çevrilir.

Kassanın dolu olması hələ şirkətin qazanması demək deyil

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Stolüstü kompüter istehsalı 52% azalıb

24.01.2026

Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır

24.01.2026

Hava limanlarında “Çamadanım hara getdi?” qorxusuna SON: “Google” və IATA-dan inqilabi qərar

24.01.2026

"Pulun səni niyə dəyişdirdiyini başa düşmürsənsə, onu saxlaya bilməyəcəksən"

24.01.2026

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 57 mini keçib

24.01.2026

Azərbaycanda ən çox qadın sahibkar hansı rayonlardadır? - CƏDVƏL

24.01.2026

Usain Boltun 2026-cı ildəki sərvəti: gəlir mənbələri və maliyyə strategiyası

24.01.2026

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual

24.01.2026

3 aya marketdən 7 minlik məhsul oğurladı

24.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

24.01.2026

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

24.01.2026

“Azercell” bu tarif paketləri üzrə qiymətləri artırdı - FOTO

24.01.2026

Bazar gününün hava proqnozu

24.01.2026

"YouTube" 2026-cı il üçün planlarını açıqladı

24.01.2026

Ümumi təhsil müəssisələrində qış tətili başlayır

24.01.2026

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

24.01.2026

Pentaqon yaxınlığında pizza sifarişləri artdı

24.01.2026

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

24.01.2026

149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

24.01.2026

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

24.01.2026

Məzənnə

Yüklənir...