Redaktor
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
Azərbaycanda elektrik və qaz tarifləri ilə bağlı yeni mexanizm qüvvəyə minir. Artıq vətəndaşlar yalnız istifadə etdikləri enerji miqdarına görə deyil, həm də sistemə qoşulu olduqlarına görə sabit aylıq ödəniş edəcəklər. Gözləntilər ondan ibarətdir ki, yeni tarif sisteminin tətbiqindən sonra enerji təchizatı ilə bağlı xidmətlərin maliyyə dayanıqlığı təmin ediləcək və infrastrukturun istismarı xərcləri balanslaşdırılacaq.
Millət vəkili Azər Badamovun bildirdiyinə görə, sabit tarif hər bir abonentin qazdan istifadə olunub-olunmamasından asılı olmayaraq aylıq ödəniləcək məbləğdir: “İclasda qeyd olundu ki, bu, 1 manatdan aşağı bir məbləğ olacaq. Hər bir abonent qazı istifadə edib-etməməsindən asılı olmayaraq hər ay bu məbləği ödəməli olacaq. Bu, vətəndaşların fasiləsiz və keyfiyyətli qaz təchizatına yol açacaq bir qanundur”.
Energetika nazirinin müavini Orxan Zeynalov isə qeyd edib ki, sabit tarifin tətbiqində əsas məqsəd xidmət keyfiyyətinin artırılması və xərclərin istehlakçılar arasında ədalətli bölünməsidir.
Ekspert Xalid Kərimli isə hesab edir ki bu həm də kommunal xidmətlərin qiymətinin artmasının da qarşısını ala bilər. Bu, qurumlara əlavə xərcləri qarşılamağa imkan verəcək: “Kim xidmətdən daha çox istifadə edirsə, bu onun daha çox ödəməsi üzərində qurulub. Bu, qiymət artımı deyil. Həm hesabat sistemində beynəlxalq təcrübəyə uyğunlaşdırılma, həm də xərclərin ödənilməsinin əhali kütləsi arasında daha düzgün bölünməsidir”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var
13.12.2025Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi
13.12.2025Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi
13.12.2025DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı
13.12.2025"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər
13.12.2025Sərnişinlər metrodan daha az istifadə edib
13.12.2025Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
13.12.2025Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib
13.12.2025
Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?
13.12.2025SOCAR və Neft Fondunun təsisçisi olduğu şirkət ilkin kapitalını azaldıb
13.12.2025Rəşad Nəbiyev “NVIDIA”, “Meta” və AMD rəhbərliyi ilə nəyi müzakirə edib? - FOTO
13.12.2025Əhali bank sisteminə güvənmir - İqtisadçı
13.12.2025
Gələn ildən telefon və noutbuklar zəifləyəcək
13.12.2025