Redaktor
Avtomobil hissələrinin idxalında azalma var - 37 milyon dollarlıq FƏRQ
2024-cü ildə son illərdə ilk dəfə olaraq Azərbaycana avtomobil ehtiyat hissələrinin idxalında azalma qeydə alınıb.
Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən, ölkəmizə 2023-cü ildə 386 milyon dollar dəyərində ehtiyat hissəsi idxal edilməklə rekord nəticə əldə edilmişdi. Amma 2024-cü il rekord yenilənməyib, əksinə idxal həcmi azalıb. 2024-cü ildə idxalın dəyəri 37 milyon dollar azalaraq 349 milyon dollar olub.
Xatırladaq ki, əvvəlki illərdə ehtiyat hissələrinin idxalında sürətli artım müşahidə edilirdi. 2017-ci ildə 84 milyon dollarlıq ehtiyat hissəsi idxal edildiyi halda, 2019-cu ildə 133 milyon dollarlıq, 2021-ci ildə 230 milyon dollarlıq, 2022-ci ildə isə 309 milyon dollarlıq ehtiyat hissəsi idxal edilmişdi. 2023-cü ilin nəticəsi də nəzərə alınarsa, ölkəmizin avtomobil ehtiyat hissələrinin idxalına çəkilən xərc 7 ildə 4,63 dəfə artmışdı.
Lakin 2024-cü ildə artım dinamikası dayanıb və ilk dəfə olaraq idxala çəkilən xərc aşağı düşüb. Ehtiyat hissələrinə çəkilən xərcin azalmasını Azərbaycana yeni və ya az istifadə olunan avtomobillərin idxalının artması ilə izah etmək olar. Artıq avtomobil həvəskarları ucuz, amma köhnə olan avtomobillərdən çox, baha, lakin daha sağlam olan avtomobillərə üstünlük verirlər. Bu dəyişiklik avtomobil ehtiyat hissələrinə olan tələbə də təsir göstərir.
Avtomobil parkı köhnə olan ölkələrdə ehtiyat hissələrinə tələb davamlı yüksəlir. Çünki avtomobillərin köhnə olması onların daha tez-tez təmir edilməsinə və ehtiyat hissələrindən çox istifadə edilməsinə səbəb olur.
©sfera.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsi qərarını açıqlayıb
28.01.2026Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif etdi
28.01.2026Bazarda tektonik dəyişikliklər: Avropada ən populyar avtomobillər
28.01.2026Ötən il müdafiə və milli təhlükəsizlik xərcləri 23% artıb
28.01.2026Azərbaycan səhiyyə xərclərini 30%-dən çox azaldıb
28.01.2026Şirkət rəhbərinə borca görə "stop" qoyuldu
28.01.2026Prezident DİN ilə bağlı fərman imzaladı
28.01.2026Bakıda köhnə tikililərdə kəskin bahalaşma dövrü başa çatır
28.01.2026Ötən il təhsilə nəzərdə tutulandan 319 mln. manat az xərclənib
28.01.2026Elektron satınalma hesabına büdcəyə 786,6 milyon manat qənaət edilib!
28.01.2026Azərbaycanda Ümumdünya Şəhərsalma Forumu ilə bağlı vergi güzəştləri ola bilər
28.01.2026TikTok artıq sizi izləyir - Özünüzü necə qorumalısınız?
28.01.2026"Samsung" bu markadan bir milyon ədəd istehsal edəcək
28.01.2026İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı
28.01.2026Neft Fondundan ərəb şirkətinə 1 milyard dollarlıq investisiya yatırımı
28.01.2026Özəl bankların iqtisadiyyata kredit qoyuluşu 22 milyard manatı keçib
28.01.2026“IDEALISE 2” inkubasiya proqramına qeydiyyat başladı!
28.01.2026