Redaktor
Gələn ay pensiyalar artırılmış məbləğdə veriləcək - ƏƏSMN
Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq və artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək. Həmin artımlar iki istiqamətdə olacaq. Yəni, həm pensiyaların ilin əvvəlindən hesablanmaqla indeksləşdirilərək artırılması, həm də fevralın 1-i tarixə 320 manatdan aşağı olan pensiyaların həmin gündən 320 manata çatdırılması təmin olunacaq.
Valyuta.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) keçirilən növbəti kollegiya iclasında bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatlarda mühüm istiqamətlərdən birinin pensiya artımları olduğunu vurğulayıb. 2018-ci ildən ötən dövrdə artıq 5-ci sosial islahat paketinin icra edildiyi, bu islahatlar nəticəsində minimum pensiyada 3 dəfə, orta aylıq pensiyada 2,4 dəfə artım olduğu, pensiya ödənişləri üçün ayrılan illik vəsaitin 2 dəfə artaraq 2025-ci il üçün 7 mlrd. 210 mln. 530 min manata çatdığı qeyd edilib.
İclasda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilki fəaliyyətinin nəticələri diqqətə çatdırılıb. Muxtar respublikada sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası, DOST infrastrukturunun qurulması, sosial xidmət və reabilitasiya şəbəkəsinin genişləndirilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin, proaktiv təyinat mexanizmlərinin tətbiqi sahəsində görülən işlərə dair təqdimat edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ötən ilki fəaliyyətinin nəticələri qeyd olunub. 2024-cü ildə əmək müqavilələrinə qanunsuz xitam verildiyi müəyyən edilən 61 işçinin əvvəlki işlərinə bərpa etdirildiyi, gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 213 min manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edildiyi bildirilib.
Əmək münasibətləri üzrə innovativ nəzarət mexanizimlərinin tətbiqi, “Əmək və Məşğulluq” altsisteminin funksionallığının artırılması, işəgötürənlərin əmək qanunvericiliyi barədə maarifləndirilməsi və s. sahələrdə atılan addımlar diqqətə çatdırılıb.
Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) son bir ildəki fəaliyyətinə dair məlumat verilib. DSMF-nin gəlirlərinin 2024-cü ildə əvvəlki illə müqayisədə 345 mln. manat (5 faiz) çox olmaqla 7 mlrd. 20 mln. manat, Fondun xərclərinin isə əvvəlki ilə nisbətən 808 mln. manat (13 faiz) çox olmaqla 6 mlrd. 889 mln. manat təşkil etdiyi bildirilib. Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə ötən il əvvəlki ilə nisbətən 844 mln. manat (10,6 faiz) çox olmaqla 8 mlrd. 846 mln. manat ödənildiyi qeyd olunub.
Nazirliyin digər fəaliyyət sahələrində ötən il görülən işlərin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərABŞ "Binance" ilə bağlı İran sanksiyalarının pozulması iddialarını araşdırır
11.03.2026Britaniya banknotlarında Çörçillə Ostini quşlar və heyvanlar əvəzləyəcək
11.03.2026Al bumu səbəbindən Android smartfonları köhnə texnologiyalara qayıdacaq
11.03.2026"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər
11.03.2026“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”
11.03.2026Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı
11.03.2026Ən çox satılan 5 albom
11.03.2026IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq
11.03.2026İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
11.03.2026Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir
11.03.2026Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq
11.03.2026İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır
11.03.2026İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər
11.03.2026Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır
11.03.2026İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib
11.03.2026