Redaktor
Məşhur lüks avtomobil markası satılırmı?
Dünyanın dördüncü ən böyük avtomobil istehsalçısı olan “Stellantis” sahib olduğu məşhur lüks avtomobil markası “Maserati”ni satışa çıxarmağı nəzərdən keçirir.
Valyuta.az xəbər verir ki, bu ehtimal şirkətin 14 markadan ibarət portfelini yenidən qurma planlarının bir hissəsi kimi gündəmə gəlib.
“Chrysler”, “Jeep”, “Peugeot” kimi brendləri də özündə birləşdirən “Stellantis”in portfelini optimallaşdırmaq istəyi, xüsusilə şirkətin yeni baş direktoru Antonio Filosanın rəhbərliyə keçməsindən sonra daha da aydın şəkildə hiss olunmağa başlayıb. Filosa və onun rəhbərlik etdiyi yeni idarəetmə qrupu, şirkətin gələcəyi və markaların mövqeyi ilə bağlı intensiv analizlər aparır.
“Stellantis” son illərdə ABŞ-da tətbiq edilən yüksək idxal rüsumları və Çindən gələn güclü rəqabət səbəbilə bir sıra çətinliklərlə üzləşib. Bu vəziyyət “Maserati” və “Alfa Romeo” kimi lüks markaların gələcəyini də qeyri-müəyyən hala gətirib.
Şirkət bu markaların taleyi ilə bağlı daha dərindən qiymətləndirmə aparmaq məqsədilə məşhur məsləhət şirkəti “McKinsey & Co.” ilə əməkdaşlığa başlayıb. “McKinsey”, “Stellantis” üçün araşdırmalar apararaq, lüks markaların satış ehtimalını da əhatə edən müxtəlif ssenariləri dəyərləndirir. Bu proses, həm xərclərin azaldılması, həm də mənfəət marjlarının artırılması məqsədi daşıyır.
“Maserati”nin mövcud vəziyyəti də satış qərarına təsir edən əsas amillər arasındadır. 2024-cü ilin nəticələrinə görə, markanın satışlarında 50 faiz azalma qeydə alınıb və cəmi 11.300 avtomobil satılıb. Bundan əlavə, 298 milyon ABŞ dolları həcmində əməliyyat zərəri ilə üzləşilib. Şirkətin bu il üçün yeni model təqdim etmə planı da yoxdur.
Bəzi “Wall Street” analitikləri hesab edir ki, daha sadə və seçilmiş markalardan ibarət portfel “Stellantis”ə daha yüksək mənfəət qazandıracaq. 2025-ci il etibarilə şirkətin səhmləri 25 faiz dəyər itirərək bir səhm üçün 9,55 ABŞ dolları səviyyəsində ticarət olunur.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBirbank-la NFC ödənişləri tezliklə "Baku Bus"da: SINAQ mərhələsi başladı ®
20.12.2025Avtobuslarda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılır
20.12.2025Qoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş
20.12.2025Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
20.12.2025ABŞ “qızıl kart” satışından 1,3 milyard dollar gəlir qazanıb
20.12.2025Neftimizin qiyməti 64 dolları keçib
20.12.2025Binaların dağılmadan qorunması ilə bağlı yeni qayda mənzillərin qiymətinə necə təsir edəcək?
20.12.2025Kasıb ailədən qlobal media imperiyasına - SƏHƏR OXUSU
20.12.2025Yeni ildə harada əylənmək olar?
19.12.2025Roblox: sadə ideyadan 60 milyard dollarlıq qlobal platformaya gedən yol
19.12.2025“Zoom”u 41 yaşında quran mühəndisin hekayəsi
19.12.2025“Fitch” 2028-ci ilə qədər Azərbaycanın beynəlxalq ehtiyatları ilə bağlı proqnozunu təqdim edib
19.12.2025Bankların mənfəət vergisi ödənişləri 13% artıb
19.12.2025"Microsoft" şərt qoyub: Ya süni intellektə qoşulun, ya da işdən çıxın!
19.12.2025