Tramp qorxusu "YouTube"u geri addım atmağa vadar edir

Redaktor

11.06.2025 15:44
173

Tramp qorxusu "YouTube"u geri addım atmağa vadar edir

2025-ci ildən əvvəl "YouTube" bəyənmədiyi məzmunları "yalan və zərərli informasiya" kimi etiketləyərək yayımlayan istifadəçilərin hesablarını bağlayırdı. Lakin "yalan" nəyə və kimə görə yalandır? Donald Trampın yenidən siyasi səhnəyə qayıdışı ilə birlikdə "YouTube"un "doğru və yanlış" anlayışı bir daha dəyişməyə başlayıb.

Valyuta.az xəbər verir ki, özlərini senzura əleyhdarı və demokratiyanın müdafiəçisi kimi təqdim edən sosial media platformaları, pandemiya dövründə qəfil şəkildə senzura bataqlığına çevrilib. Bu dövrdə platformaların sahiblərinin xoşuna gəlməyən istənilən paylaşım "yalan və zərərli" kimi dəyərləndirilib silinməyə başlanıb.

İndi isə "YouTube"un Trampın rəhbərlik etdiyi siyasi qüvvənin təzyiqləri fonunda bu siyasətdən geri çəkildiyi müşahidə olunur. Sosial media platformalarının dəstək verdiyi siyasi və iqtisadi quruluşların mövqelərinə zidd olan məlumatları geniş şəkildə senzura etməsi, İlon Maskın "Twitter"i satın alması ilə nəticələnmişdi. Mask "Twitter"in dərin bir senzura bataqlığına çevrildiyini açıq şəkildə bildirmişdi.

"YouTube" da "Google" rəhbərlərinin müdafiə etdiyi fikirlərə zidd çıxan hesabları bağlamaqda və əks fikirləri "sizin fikriniz zərərlidir" deyərək susdurmaqda ittiham olunurdu.

Hazırda isə "YouTube" platformada "yanlış məlumatlara" dair siyasətində əhəmiyyətli yumşalmaya gedib. Şirkətin yeni qaydalarına əsasən, "ictimai maraq" çərçivəsində qiymətləndirilən məzmunlar əvvəlkindən daha çox qayda pozuntusu ehtiva etsə belə yayımlanmağa davam edə bilər. Bu dəyişiklik "zərərli məzmunla ifadə azadlığını tarazlama cəhdi" kimi təqdim olunsa da, ictimaiyyətin ağlında hələ də bu sual qalır: "Dünyada yeganə doğru, YouTube rəhbərlərinin doğrularıdırmı?"

Yeni qaydalara əsasən, videonun məzmununun yarısı "YouTube" siyasətinə zidd olsa belə, moderatorlara həmin videonu silməmək təlimatı verilib. Əvvəllər bu hədd dörddə bir idi. 2024-cü ilin dekabrında səssiz şəkildə qüvvəyə minmiş bu yeni qaydalar, seçkilər, ideologiyalar, siyasi hərəkatlar, irq, gender, miqrasiya və digər mövzuları "ictimai maraq" kontekstində qiymətləndirir. "YouTube"un açıqlamasında bildirilib ki, məqsəd "ciddi zərərin qarşısını alarkən platformada ifadə azadlığını qorumaq"dır.

Neçə milyard dollar cərimə ödəmək istəyirsiniz?

Lakin məsələnin əsl səbəbi ondan ibarətdir ki, Trampın siyasətini "zərərli" elan edən əvvəlki rəhbərliyin "doğrularını" müdafiə etməyə davam etməsi halında "YouTube"un on milyardlarla dollarlıq cərimələrlə və Trampın "dəmir yumruğu" ilə üzləşməsi an məsələsi ola bilər. Şirkət isə bu təhlükəli ssenaridən yayınmaq üçün Trampın seçilməsindən dərhal sonra, 2024-cü ilin sonunda senzura siyasətini yumşaltmağa başlayıb.

Gözlənilir ki, "YouTube"dan sonra digər sosial media şirkətləri də qlobalist siyasi dairələrin tətbiq etdiyi senzura siyasətindən imtina edəcək. Cəmiyyətdə də bu senzura təşəbbüslərinə qarşı ciddi narazılığın formalaşdığını qeyd etmək vacibdir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...

15.12.2025

Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək - Amma bir şərt var

15.12.2025

"Apple" 2026-cı ilin əvvəlində qiymətləri kəskin artıracaq

15.12.2025

Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv edildi

15.12.2025

Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE

15.12.2025

Prezident nazirliyin işçilərini təltif etdi - SİYAHI

15.12.2025

Pulunuzu evdə saxlayırsınızsa, hər 100 manatdan 10 manat itirirsiniz - İqtisadçı

15.12.2025

Prezident 3 nəfərə general rütbəsi verdi - SƏRƏNCAM

15.12.2025

Rabitəbank “11:FS PULSE” Platforması ilə əməkdaşlığa başladı ®

15.12.2025

Naxçıvan Ali Məhkəməsinə yeni sədr təyin olundu

15.12.2025

“Top Qapı" restoranı satışa çıxarılır

15.12.2025

Ceyms Kemeron artıq milyarderdir

15.12.2025

Azərbaycanda geniş pul kütləsi 47 milyard manatı ötüb

15.12.2025
"Digital Startup Awards 2025"-in qalibləri açıqlandı - Azərbaycan startapı da 50 min dollar investisiya aldı

"Digital Startup Awards 2025"-in qalibləri açıqlandı - Azərbaycan startapı da 50 min dollar investisiya aldı

15.12.2025

Yaşam sığortası üzrə ödənişlər və yığımlar artıb

15.12.2025

Prezidentdən idxal-ixrac, tranzit, nəqliyyat və logistika ilə bağlı FƏRMAN

15.12.2025

Daha 18 startap vergidən azad olundu

15.12.2025

Sabah bəzi rayonlara qar yağacaq

15.12.2025

Üç tələbə "Facebook"u klonlayıb öz sosial şəbəkələrini yaratdı

15.12.2025

Alimentdən yayınan valideynləri nə gözləyir?

15.12.2025

Məzənnə

Yüklənir...