Redaktor
Daha 18 startap vergidən azad olundu
Azərbaycanda daha 18 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib.
Bu barədə Valyuta.az İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Məlumata görə, "Startap" şəhadətnaməsinin verilməsi üzrə KOBİA-da yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 29 müraciətə baxılıb və onlardan 18-nə "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
"Startap" şəhadətnamələri "OpenConnect" MMC-nin startap investor platforması, "LULLA" MMC-nin uşaqlar və valideynlər üçün nəzarət funksiyalı interaktiv mobil tətbiqi, "İMYEN" MMC-nin tibbi radiologiya sahəsində süni intellekt funksiyalı proqram təminatı, "Vebtypely" MMC-nin "no-code" əsaslı vebsaytların hazırlanması üçün onlayn platforması, "JSM Solutions" MMC-nin biznes üçün CRM tətbiqi, "Yolüstü Service" MMC-nin müxtəlif istiqamətlər və marşrutlar üzrə nəqliyyat axtarış və sifariş sistemi, "Parkhub" MMC-nin parkinq yerlərinin axtarışı və istifadəsi üçün mobil tətbiqi, "Bishir" MMC-nin yemək həvəskarlarını birləşdirən sosial şəbəkə platforması, "Time Agency" MMC-nin tədbirlərin təşkili üçün mobil tətbiqi, fərdi sahibkarlar Bayram Süleymanovun aqrar xidmətlərin axtarışı və sifarişi üçün rəqəmsal platforması, Cəfər Hüseynovun rəqəmsal təhsil platforması, Ağa Əlislamovun virtual sərgilər, konfranslar və şəbəkələşmə tədbirləri üçün onlayn platforması, Arif Babayevin süni intellektə əsaslanan avtomatik proqramlaşdırma üçün onlayn platforması, "Sale 365" MMC-nin əməkdaş motivasiyası və biznesin inkişafı üçün rəqəmsal platforması, "Onvey" MMC-nin onlayn ticarət və çatdırılma xidməti üçün platforma və mobil tətbiqi, "Kinobox" MMC-nin onlayn kinoteatr, "İşgüzar Group" MMC-nin müxtəlif xidmətlər üçün onlayn marketpleysi və "SETM" MMC-nin pirotexniki vasitələrin və partlayıcı qurğuların məsafədən idarəolunması üçün proqram-aparat kompleksi layihələri üçün təqdim edilib.
Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 238-ə çatıb.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025Aeroport yolunda sürət həddi endirildi
15.12.2025Cəbrayılda milyonluq tender elan edilib
15.12.2025Şəxsiyyət və sürücülük vəsiqələri bu qaydada veriləcək - YENİLİK
15.12.2025İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...
15.12.2025Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək - Amma bir şərt var
15.12.2025"Apple" 2026-cı ilin əvvəlində qiymətləri kəskin artıracaq
15.12.2025Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv edildi
15.12.2025Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE
15.12.2025Prezident nazirliyin işçilərini təltif etdi - SİYAHI
15.12.2025Pulunuzu evdə saxlayırsınızsa, hər 100 manatdan 10 manat itirirsiniz - İqtisadçı
15.12.2025Prezident 3 nəfərə general rütbəsi verdi - SƏRƏNCAM
15.12.2025Rabitəbank “11:FS PULSE” Platforması ilə əməkdaşlığa başladı ®
15.12.2025Naxçıvan Ali Məhkəməsinə yeni sədr təyin olundu
15.12.2025“Top Qapı" restoranı satışa çıxarılır
15.12.2025Ceyms Kemeron artıq milyarderdir
15.12.2025Azərbaycanda geniş pul kütləsi 47 milyard manatı ötüb
15.12.2025