Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək

Redaktor

15.12.2025 15:10
214

Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək

İtaliyanın Toskana bölgəsində yerləşən kiçik tarixi Radikondoli şəhəri ora köçüb məskunlaşmağa razı olan şəxslərə maliyyə dəstəyi təklif edir. Ümumi maliyyə stimulu təxminən 30 min ABŞ dollarına çata bilər.

Valyuta.az xəbər verir ki, “New York Post” nəşrinin yazdığına görə, yerli hakimiyyət bu addımla əhalinin azalmasını dayandırmaq və boş qalan evləri yenidən istifadəyə qaytarmaq niyyətindədir.

Bildirilir ki, proqram hələ 2023-cü ildə işə salınıb. Həmin vaxt tərk edilmiş evlərdən birini alıb orada yaşamaq istəyənlərə 20 min avroya qədər (təxminən 23,4 min dollar) yardım, eləcə də isitmə və nəqliyyat xərcləri üçün əlavə 6 min avro (təxminən 7 min dollar) təklif olunurdu.

İndi isə şəhər bu təşəbbüsü genişləndirərək yalnız alıcılara deyil, həm də kirayəçilərə dəstək verməyə başlayıb. 2026-cı ilin əvvəlinə qədər şəhərə köçən yeni sakinlər üçün ilk iki il ərzində kirayə haqqının yarısı kompensasiya ediləcək.

Şəhərin meri Françesko Quarqualini bildirib ki, bu il mənzil alışı və kirayəsi üçün dəstək, eləcə də tələbələrə, ictimai nəqliyyat sərnişinlərinə və “yaşıl” enerji istehlakçılarına maliyyə yardımı kimi digər təşəbbüslər üçün 400 min avrodan çox vəsait ayrılıb.

Bir vaxtlar Radikondolidə təxminən 3 min nəfər yaşayırdı. Hazırda isə əhalinin sayı cəmi 966 nəfərdir. 450 evdən təxminən 100-ü boş vəziyyətdədir.

Bununla belə, vacib bir şərt mövcuddur: mənzil alanlar şəhərdə ən azı 10 il yaşamağı, kirayəçilər isə ən azı 4 il qalmağı öhdələrinə götürməlidirlər.

Təklif olunan yaşayış yerlərinə tarixi mərkəzdə bir və ya iki yataq otaqlı kiçik mənzillər, eləcə də üzüm bağları və zeytunluqlar arasında yerləşən geniş Toskana fermer evləri daxildir. Kiçik obyektlərin qiyməti 50 min avrodan başlayır və 100 min avroya qədər yüksəlir. Evlərin əksəriyyəti qənaətbəxş vəziyyətdədir, lakin bəziləri təmir tələb edir. Subsidiyalar sayəsində isə adətən aylıq 400 avroya başa gələn kirayə mənzili 200 avroya tutmaq mümkündür.

Bələdiyyədə qeyd ediblər ki, proqramın başlanmasından sonra əhalinin sayı 900 nəfərdən 960 nəfərə yüksəlib. Hakimiyyət bunu ailələrin dəstəklənməsi, xidmətlərin inkişafı və xüsusilə gənclərin cəlb olunmasına yönəlmiş siyasətin nəticəsi kimi qiymətləndirir.

2024-cü ildə İtaliyanın Toskana regionunun hakimiyyəti insanların ora köçüb yaşaması üçün ödəniş nəzərdə tutan proqram başladıb. Həmin vaxt yaradılan fond vasitəsilə insanlara 10 min avrodan 30 min avroya qədər qrant verilməsi planlaşdırılırdı ki, onlar Toskana bölgəsində yerləşən kənd evinə köçsün və həmin evi təmir etsinlər. Qrant Toskana bölgəsində əhalisi 5 mindən az olan 76 şəhərcikdən birində yerləşən evin təmir xərclərinin 50 faizini qarşılamalı idi.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kənd məktəbində bir uşağın illik orta xərci bir neçə nəfərin Bakıda özəl təhsilinə bərabərdir - Nazir

15.12.2025

Bir gecəlik istirahətə görə 60 min dollar

15.12.2025

Dövlət Vergi Xidməti 10 milyon manatlıq tenderi elan edib

15.12.2025

Gömrük generalı təqaüdə göndərildi

15.12.2025

Azərbaycanda NVIDIA H200 çipləri ilə işləyən superkompüter mərkəzi quruldu

15.12.2025

Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir

15.12.2025

Bu avtomobillər ucuzlaşa bilər?

15.12.2025

Yanan binanın sakinlərinə təzminat ayrıldı

15.12.2025

2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

15.12.2025

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

15.12.2025

Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi

15.12.2025

"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?

15.12.2025

Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır

15.12.2025

İcra başçısı baş mütəxəssisi işdən çıxardı

15.12.2025

Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama

15.12.2025
Yarım milyon borcu olan şirkət kimindir?

Yarım milyon borcu olan şirkət kimindir?

15.12.2025

Aeroport yolunda sürət həddi endirildi

15.12.2025

Cəbrayılda milyonluq tender elan edilib

15.12.2025

Şəxsiyyət və sürücülük vəsiqələri bu qaydada veriləcək - YENİLİK

15.12.2025

İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...

15.12.2025

Məzənnə

Yüklənir...