Redaktor
Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı
Çin şirkətləri süni intellektin təhsil sahəsində sui-istifadəsinin qarşısını almaq üçün növbəti addım atıblar. Məşhur Çin çat-botları, o cümlədən "DeepSeek" 7-10 iyun tarixlərində ölkədə keçirilən ali məktəblərə qəbul imtahanları zamanı şəkil tanıma funksiyasını müvəqqəti deaktiv ediblər.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Çin təhsilində həlledici mərhələ – Gaokao
Üç gün davam edən Gaokao imtahanı Çin təhsil sistemində ən vacib mərhələlərdən biri hesab olunur və milyonlarla tələbənin gələcək təhsil və karyerasına birbaşa təsir göstərir. 2025-ci ildə bu imtahanı 13,4 milyon namizəd verəcək.
Buna görə də, yerli texnologiya şirkətləri imtahan zamanı şagirdlərin süni intellekt vasitəsilə köçürməsinin qarşısını almaq məqsədilə çat-bot funksiyalarına məhdudiyyət qoyublar.
Çinli çat-botlar bu dövrdə istifadəçiyə belə bir mesaj göstərir:
"Ali məktəblərə qəbul imtahanlarının ədalətliliyini təmin etmək məqsədilə bu funksiya 7–10 iyun tarixlərində mövcud deyil".
"DeepSeek" kimi bəzi çat-botlar şəkil tanıma funksiyasını tamamilə dayandırmasa da, imtahan sualları ilə əlaqəli şəkilləri analiz etməyə icazə verilmir.
"Bloomberg" bildirir ki, bəzi Çin əyalətlərində imtahanların ədalətli keçirilməsini təmin etmək üçün süni intellekt əsaslı nəzarət sistemləri tətbiq olunur. Bu sistemlər:
* pıçıltını və şübhəli davranışları tanıyır,
* qadağan olunmuş əşyaların istifadəsini müəyyənləşdirir,
* potensial köçürmə cəhdlərini real vaxtda izləyir.
Qeyd edək ki, "DeepSeek"in inkişaf etdirilmiş versiyası may ayının sonunda təqdim olunub və "ChatGPT" və "Google Gemini" səviyyəsində olduğu bildirilir. Yeni versiyada “halüsinasiyalar” azaldılıb, məhsuldarlıq və interfeys təkmilləşdirilib.
Bu texnologiyanın sürətlə populyarlaşması Çin hökumətinin diqqətini cəlb edib. "The Information"un məlumatına görə, dövlət texnologiyanın "sızma" riskindən ehtiyatlanaraq "DeepSeek" şirkətinin əsas mühəndislərinin xarici pasportlarını müsadirə edib, bu isə onların ölkəni tərk etməsini qeyri-mümkün edir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var
13.12.2025Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi
13.12.2025Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi
13.12.2025DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı
13.12.2025"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər
13.12.2025Sərnişinlər metrodan daha az istifadə edib
13.12.2025Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
13.12.2025Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib
13.12.2025
Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?
13.12.2025SOCAR və Neft Fondunun təsisçisi olduğu şirkət ilkin kapitalını azaldıb
13.12.2025Rəşad Nəbiyev “NVIDIA”, “Meta” və AMD rəhbərliyi ilə nəyi müzakirə edib? - FOTO
13.12.2025Əhali bank sisteminə güvənmir - İqtisadçı
13.12.2025
Gələn ildən telefon və noutbuklar zəifləyəcək
13.12.2025