Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - <span style="color:#008000">RƏQƏMLƏR</span>

Redaktor

06.04.2025 14:45
545

Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR

İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti növbəti iri məbləğli müqavilə imzalayıb.

Valyuta.Az xəbər verir ki, DVX-nin bu dəfə müqavilə imzaladığı şirkət "Cybernet" MMC olub. 

2025-ci il üzrə AVİS2 6-cı mərhələsi (reliz 6) üzrə yeni platforma bazasında altsistemlər və modulların funksional bölmələrin analizi, proqramlaşdırılması və istifadəçilər üçün təlimat hazırlanması ilə bağlı imzalanan müqavilənin dəyəri 4,3 milyon manat olub. 

Şirkət təkcə 2025-ci ildə DVX-dən 13 milyon 992 min 974 manat dəyərində sifariş qəbul edib.

Qeyd edək ki, bu, tərəflər arasında imzalanan ilk çoxmilyonluq müqavilə deyil.

Dövlət satınalmaların vahid interent portalındakı məlumatlara əsasən, 2019-cu ildən bəri tərəflər arasında 2.3 milyonluq, 7.3 milyonluq, 7.2 milyonluq, 2.4 mlyonluq, 6.8 milyonluq, 1.8 milyonluq, 5.6 milyonluq, 8.9 milyonluq, 6.1 milyonluq, 4.1 milyonluq, 6.5 milyonluq və başqa müqavilələr imzalanıb. 

Bunlardan əlavə tərəflər arasında dəyəri milyon manatdan az olan bir neçə müqavilə də imzalanıb. 

Həmçinin şirkət, İqtisadiyyat Nazirliyinin tabeliyindəki başqa qurumların da bir neçə milyonluq tenderlərinin qalibi olub. 

Qeyd edək ki, 2004-cü ildə yaradılan MMC, 10 000 manat nimzanamə kapitalına sahibdir və qanuni təmsilçisi Əmirov Emil Etibar oğludur.

Şirkət dövlət qeydiyyatına alınan zaman hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, ev. 102 ünvanı olub.

Araşdırmalarımız zamanı məlum olub ki, eyni ünvanda 4 ay sonra başqa bir şirkət də dövlət qeydiyyatına alınıb - “AtaTexnologiya” MMC. 

Qeyd edək ki, “AtaTexnologiya” MMC də 2004-cü ildə yaradılıb. Bu şirkət də Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin bir neçə tenderlərində qalib seçilib. AtaTexnologiya" MMC Fazil Məmmədova məxsus olan "Ata Holdinq" MMC tərəfindən yaradılıb. 

"Cybernet" MMC-nin adına  "Snergy Group"a daxil olan şirkətlərin siyahısında rast gəlinir. 

Onu da əlavə edək ki, "Snergy Group" MMC 50 milyon manat nizamnamə kapitalına malikdir və qanuni təmsilçisi Binəqədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun oğlu və sabiq vergilər naziri Fazil Məmmədovun bacısı oğlu Elnur İsgəndərovdu.

Araşdırmalarımız zamanı məlum olub ki, Dövlət Vergi Xidmətinin milyonluq müqavilələr bağladığı şirkətlərdən biri də “Caspel” MMC-dir. MMC 2019-cu ildən bəri Dövlət Vergi Xidməti ilə 12 ədəd milyonluq müqavilə imzalayıb. (3.418.607 mln, 1.139.215 mln, 2.754.139 mln, 12.863.835 mln, 1.482.800 mln, 1.052.350 mln, 1.118.923 mln, 1.021.384 mln, 2.369.960 mln, 2.657.985 mln, 1.697.312 mln, 2.687.639 mln - ilk ikisi Vergilər Nazirliyi ilə) 

Bundan əlavə də digər qurumların milyonluq tenderlərində qalib seçilib. 

Qeyd edək ki, "Caspel" MMC 1 146 020 manat nizamnamə kapitalına malikdir və qanuni təmsilçisi, Fazil Məmmədovun kürəkəninin qardaşı Ceyhun Məhi oğlu Quliyevdir. Bu baxımdan, zaman-zaman şirkətin Fazil Məmmədova məxsus olduğu barədə məlumatlar yayılıb. Bu məlumatlar indiyə qədər təkzib edilməyib.

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...