Baş nazirdən uşaq bağçaları ilə bağlı yeni QƏRAR

Redaktor

12.03.2025 12:59
202

Baş nazirdən uşaq bağçaları ilə bağlı yeni QƏRAR

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib.

Valyuta.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar həmin müəssisələrdə göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edir.

Qərarda xidmətlərin təşkili istiqaməti üzrə müəssisələrdə uşaqların əqli, fiziki və psixoloji inkişafının təmin edilməsi üçün uyğun şəraitin yaradılması, müəssisələrdə çalışan işçilərin icbari tibbi müayinədən keçirilməsi, uşaqlara dair fərdi məlumatların toplanılması, işlənilməsi, mühafizəsi və digər zəruri tələblər öz əksini tapır.

Eyni zamanda uşaq müəssisələrində yaşayış şəraiti, (təhlükəsizliyin təşkili, yanğından mühafizə, sanitariya-gigiyena və əksepidemik rejimin norma və qaydalarına riayət edilməsi) habelə qidalanmanın qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun təşkilinə dair tələblər müəyyən edilir.

Bundan əlavə, tələblər uşaq müəssisələrində sağlamlığın mühafizəsi istiqamətində uşaqların tibb müəssisəsində uçota götürülməsinin təmin olunması, immunizasiyaya cəlb edilməsi, lazımi profilaktik tədbirlərin görülməsi, müəssisələrdə lazımi dərman və tibb vasitələri ilə təchiz olunmuş tibb otaqlarının təşkil edilməsi, uşaqlarla fərdi-psixoloji işin aparılması məsələlərini də əhatə edir.

Həmçinin tələblərdə uşaqların təlim-tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkili üzrə öyrədici mühitin, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların təhsil hüququnun həyata keçirilməsi üçün şəraitin yaradılması, uşaqların mədəni-maarifləndirici tədbirlərə və idman fəaliyyətinə cəlb olunması məsələləri də əks olunur.

Tələblər uşaq müəssisələrində monitorinqlərin keçirilməsi zamanı nəzərə alınacaq.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

"Lamborghini" əvvəllər traktor istehsal edirdi, "Samsung" isə balıq ticarəti ilə məşğul idi - SƏHƏR OXUSU

21.02.2026

Ölkə üzrə fevral ayının pensiya ödənişləri yekunlaşıb

20.02.2026

Məzənnə

Yüklənir...