Redaktor
Qurumlarda yanvarın 15-dən aprelin 15-dək korrupsiya yoxlaması aparılacaq
Orqanın (qurumun) rəhbəri korrupsiya Risklərinin idarə edilməsi məqsədilə səlahiyyətli struktur bölmə (şəxs) müəyyən edəcək.
Valyuta.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, korrupsiya risklərinin idarə edilməsi prosesinə xüsusi bilik tələb edən sahələr üzrə mütəxəssislər cəlb edilə bilər.
Orqanda (qurumda) hər il yanvarın 15-dən aprelin 15-dək əvvəlki ili əhatə edən korrupsiya Risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi aparılır. Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan müraciətlərin ümumiləşdirilməsinin nəticələrinə əsasən, fəaliyyətindən daha çox şikayətlərin daxil olduğu struktur bölmədə və ya tabeliyində olan qurumda orqanın (qurumun) rəhbərinin qərarına əsasən digər müddətlərdə də Risklərin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi keçirilə bilər.
Korrupsiya riskləri həmin Risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də Risklərin qiymətləndirilməsinin nəticələri və Bununla əlaqədar cari il üçün müəyyən edilən tədbirlər, həmçinin əvvəlki il üzrə müəyyən edilmiş tədbirlərə dair görülmüş işlər barədə məlumatlar hər il iyunun 1-dək Komissiyaya təqdim edilməlidir.
Korrupsiya riskləri, həmin Risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də Risklərin qiymətləndirilməsinin nəticələri və görülmüş işlər barədə məlumatlar dövri olaraq ictimaiyyətə açıqlanır.
Komissiya ona təqdim edilən məlumatların təhlili əsasında müvafiq orqana (quruma) korrupsiya Risklərinin idarə edilməsinə dair tövsiyələr, həmçinin korrupsyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verə bilər.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda ən çox maaş alan qadınların çalışdığı sahələr - Məbləğ
07.03.2026Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - FOTO
07.03.2026Dubayda qızıl endirimlə satılmağa başlanılıb
07.03.2026Azərbaycan neftinin qiyməti 94 dolları keçdi
07.03.2026Süni intellekt su ehtiyatlarını tükədir?
07.03.2026“Aqrar Sığorta” ASC-nin ödənişləri 11,9 dəfə azalıb
07.03.2026Qarajdan 900 milyon dollarlıq şirkətə - İşçilərinin toyunu və təhsilini maliyyələşdirən sahibkar - SƏHƏR OXUSU
07.03.20262026-cı ildə yüksək maaşlı işlər üçün CV-də olmalı 3 əsas bacarıq
06.03.2026Ekspertlər hazırda almaq üçün ən yaxşı üç büdcə smartfonunu açıqladı
06.03.2026Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı
06.03.2026İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
06.03.2026Süni intellektdə "qırmızı xətt" mübahisəsi iki texnologiya nəhəngini qarşı-qarşıya gətirdi
06.03.2026Turist izdihamı olmayan cənnət: Bu yay ziyarət etməyə dəyər 5 Aralıq dənizi adası
06.03.2026BP yayda AÇG-də dərin laylardan qaz hasilatına başlayacaq
06.03.2026
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
06.03.2026“Qaynar” bazara girən startapların ən böyük səhvi açıqlanıb
06.03.2026Azərbaycanda kompüterlərin bazar payı azalıb, mobil istifadə artıb
06.03.2026“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb
06.03.2026Neft 150 dollara... - Qətərdən qlobal iqtisadiyyatı məhv edə biləcək ssenari barədə xəbərdarlıq
06.03.2026