Yapon nəhənglərindən böyük kvant addımı: 256 kubitlik kompüter təqdim edildi

Redaktor

25.04.2025 11:13
307

Yapon nəhənglərindən böyük kvant addımı: 256 kubitlik kompüter təqdim edildi

Yaponiyanın texnologiya nəhəngi "Fujitsu" və aparıcı tədqiqat institutu RIKEN kvant hesablamaları sahəsində əlamətdar bir nailiyyətə imza atıblar. 

Valyuta.az xəbər verir ki, iki şirkət 256 kubit tutumuna malik yeni superkeçirici kvant kompüteri hazırladıqlarını elan ediblər.

Yeni cihaz "RIKEN RQC-FUJITSU" əməkdaşlıq mərkəzində hazırlanıb və yüksək sıxlıqlı tətbiq texnikaları ilə kvant hesablamanın imkanlarını daha da genişləndirməyi hədəfləyir.

Bu kvant kompüteri, “Fujitsu” və RIKEN-in daha əvvəl inkişaf etdirdiyi 64 kübitlik modelin üzərində qurulub. Kubit sayının dörd dəfə artırılması, daha mürəkkəb molekulların analizini, səhv düzəldici alqoritmlərin inkişafını və kvant hesablamanın real tətbiq sahələrinin genişlənməsini təmin edə bilər.

Bu irəliləyiş kvant texnologiyasının həm nəzəri, həm də tətbiqi sahələrdə daha güclü hala gəlməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Fujitsu” və RIKEN bu yeni kvant kompüterindən yalnız öz layihələri üçün istifadə etməyəcəklərini bildiriblər. Planlara əsasən, dünya üzrə şirkətlər və tədqiqat institutları bu inkişaf etmiş sistemə 2025-ci ilin maliyyə ilinin ilk rübündə çıxış əldə edə biləcəklər. Bu addım, qlobal tədqiqat layihələrində kvant texnologiyasının daha geniş şəkildə istifadəsinə imkan verəcək.

Bu qabaqcıl kvant kompüterin arxasındakı əsas texniki nailiyyətlərdən biri də soyutma texnologiyasındakı yeniliklər olub. Məlumata görə, yüksək sıxlıqlı tətbiqlərlə müasir termal dizayn texnikaları birləşdirilərək seyrelmə soyuducusu vasitəsilə effektiv istilik idarəetməsi təmin edilib.

Bu yeniliklər sayəsində kvant kompüterləri daha stabil və etibarlı şəkildə çalışa bilir və uzun müddətli istifadəyə əlverişli hala gəlir.

“Fujitsu” və RIKEN-in əsas məqsədlərindən biri də kvant və klassik kompüterlər arasında problemsiz qarşılıqlı əlaqə yaratmaqdır. İstifadəçilər bu platformada hibrid klassik-kvant alqoritmlər işlədə biləcəklər ki, bu da tətbiq sahələrini daha da genişləndirəcək.

Hazırda hər iki qurum 1.000 kübitlik yeni kvant kompüteri üzərində də işləyir və bu sistemin gələn il istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, qurumlar 2029-cu ilin mart ayına qədər əməkdaşlığı davam etdirmək üçün uzunmüddətli razılaşma imzalayıblar. Bu tərəfdaşlıq, kvant texnologiyasının inkişafını daha da irəli aparmaq məqsədi daşıyır.

256 kubitlik yeni sistem sektorun ən yüksək tutumlu kompüteri olmasa da, kvant hesablamaya yeni yanaşmalar gətirmək və texnologiyanın tətbiq imkanlarını araşdırmaq baxımından böyük əhəmiyyət daşıyır.

Fərqli texnoloji üsulların miqyaslana bilməsi və praktik istifadəsi, kvant kompüterlərinin real dünyadakı təsirini müəyyən edəcək. “Fujitsu” və RIKEN-in işi bu potensialı dəyərləndirmək və inkişaf etdirmək istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Paşa Məmmədli

Yapon nəhənglərindən böyük kvant addımı: 256 kubitlik kompüter təqdim edildi

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Britaniya banknotlarında Çörçillin yerini heyvanlar tuta bilər

12.03.2026

ABŞ "Binance" ilə bağlı İran sanksiyalarının pozulması iddialarını araşdırır

11.03.2026

Al bumu səbəbindən Android smartfonları köhnə texnologiyalara qayıdacaq

11.03.2026

"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər

11.03.2026

“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”

11.03.2026

Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı

11.03.2026

Ən çox satılan 5 albom

11.03.2026

IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq

11.03.2026

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

11.03.2026

Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir

11.03.2026

Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq

11.03.2026

İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır

11.03.2026

İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər

11.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

11.03.2026

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib

11.03.2026
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

11.03.2026

Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək

11.03.2026

Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?

11.03.2026

Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır

11.03.2026

Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”

11.03.2026

Məzənnə

Yüklənir...