Xəzər Universiteti onlarla əməkdaşını əmək müqaviləsi olmadan işlədirmiş

Redaktor

05.12.2025 13:01
60

Xəzər Universiteti onlarla əməkdaşını əmək müqaviləsi olmadan işlədirmiş

Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən Xəzər Universitetində (Neftçilər korpusu) bir sıra əmək müqavilələrinin elektron sistemə keçirilmədiyi müəyyən edilib.

Valyuta.az "Teleqraf"a istinadən xəbər verir ki, bu səbəbdən ali təhsil müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilmiş protokolla cərimələnib.

Yoxlama zamanı universitetin 43 əməkdaşına aid əmək müqavilələrinin elektron qaydada rəsmiləşdirilmədiyi aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün qurum universitetə 3 iş günü vaxt verib. Lakin müəyyən olunmuş müddətdə tələb yerinə yetirilmədiyi üçün Xəzər Universiteti İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən 2 min manat məbləğində cərimə edilib.

Nizami Rayon Məhkəməsi protokola əsasən cəriməni qüvvədə saxlayıb. Lakin universitet qərarla razılaşmadığını bildirib.

Qeyd olunub ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən verilən 3 günlük müddət ərzində işçilərin əksəriyyəti məzuniyyətdə olublar. Həmçinin universitetin mövqeyinə görə, işçilər məzuniyyətdə olmasalar belə, 43 əmək müqaviləsinin cəmi 3 gün ərzində elektron sistemə daxil edilməsi texniki baxımdan mümkün deyil.

Məhkəmə universitetin bu izahını əsaslı saymayıb.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Son 6 ildə bu sığorta növündə heç bir ödəniş olunmayıb

05.12.2025

İl sonunda əməkdaşları motivasiya etməyin 5 yolu

05.12.2025

160 milyon dollarlıq sərmayə ilə 8 milyardlıq startapa çevrildi

05.12.2025

"Linkedin" çökdü, bank tətbiqləri işləmir

05.12.2025

Xəzər Universiteti onlarla əməkdaşını əmək müqaviləsi olmadan işlədirmiş

05.12.2025

"Çıraqqala-Şabran" Qoruğu 20 min manatlıq müqavilə imzalayıb

05.12.2025

Balakişi Qasımov yenidən federasiya prezidenti oldu

05.12.2025

Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi həbs edildi

05.12.2025

Sabah da yağış yağacaq?

05.12.2025

Azərbaycanın 132 milyonluq iaşə bazarının ən gəlirli otel şəhərləri - CƏDVƏL

05.12.2025

Bu qaydanı pozanlar cərimə olunacaq

05.12.2025

Abidələrin qorunması üçün bu cərimələr kəskin artırılır

05.12.2025

Türkiyənin "Paribu" şirkəti "CoinMENA"-nı satın aldı, şirkətin dəyəri 240 milyon dollara çatdı

05.12.2025

Avtobusların gəlmə vaxtını öyrənə biləcəyik - Bu proqramı yükləyin

05.12.2025

Əbdül Bayramov vəzifəsindən azad edildi

05.12.2025
Azərbaycan bankları hazırda rublu neçəyə alır?

Azərbaycan bankları hazırda rublu neçəyə alır? - CƏDVƏL

05.12.2025

Bu xəstəxana Narkoloji Mərkəzə çevrilir

05.12.2025

"ADY-nin fəaliyyəti yenidən formalaşdırılır" - Rövşən Rüstəmov

05.12.2025
Tenderi udan şirkət keyfiyyətsiz iş görübsə, sifarişçi nə etməlidir?

Tenderi udan şirkət keyfiyyətsiz iş görübsə, sifarişçi nə etməlidir?

05.12.2025

Naxçıvan Ali Məhkəməsinə hakim təyin ediləcək

05.12.2025

Məzənnə

Yüklənir...