Varlı insanlar müflis olduqda, belə dəyişir

Redaktor

21.02.2025 17:59
898

Varlı insanlar müflis olduqda, belə dəyişir

Biznes sahəsi elə sahədir ki, bu sahə ilə məşğul olan insanlar tez-tez risklər almalı olur. Bu sahəyə daxil olmaq bir insanı varlı etdiyi qədər müflis də edə bilər. Yəni, niyə müflis olması üçün müxtəlif səbəblər olsa belə, biznes sahəsi bu səbəbləri qəbul etmir.

Bəs illərdir varlı olan, pulu idarə edən insanların müflis olması onlara necə təsir edir?

Valyuta.az müflis olmağın insanlarda yaratdığı hiss və dəyişiklikləri araşdırdı.

Varlı olmaq insanın psixologiyasına müsbət təsir göstərir, istər-istəməz sosial əlaqələri yaranır, möhkəmlənir və nüfuz qazanırlar. Elə ona görə də varlı insanların müflis olması, yalnız maliyyə cəhətdən deyil, həm də psixoloji və sosial sahələrdə də böyük təsirlərə səbəb olur. Bu, onların həyat tərzini, münasibətlərini və özlərini necə hiss etdiklərini dəyişdirə bilər. Hər bir fərdin bu vəziyyətə reaksiyası fərqli olsa da, ümumilikdə müflislik bu cür təsirləri özündə daşıyır. 

Müflislik psixoloji təzyiq göstərir, stress yaradır

Araşdırmalardan da bəllidir ki, pul qazanmaq insanı xoşbəxt hiss etdirir. Varlı bir həyatdan yoxsulluğa keçəndə isə xoşbəxtlik hissi azalır. Belə olduğu halda insanların psixoloji durumu çətinləşir. Pul qazanmaq, varlanmaq insanlarda özgüvən hissi yaradır, bunlar olmadıqda, maddi çətinliklər yarandıqda insanlar özlərini uğursuz hiss etməyə başlayır və təsirlər bununla da bitmir.

Belə ki, müflisləşən insanlarda güvən itkisi yaranır və gələcəyə qarşı qorxu hissi ilə yanaşırlar. İnsanlar bəzən bu vəziyyətdə özlərini əsassız şəkildə dəyərsiz hiss edə bilərlər. Çünki müflislik insanların özlərinə olan güvənlərini və öz qiymətləndirmələrini sarsıdır

İctimai imic zədələnir

Biz yanlız pul qazanmırıq, qazandığımız pul qədər cəmiyyətdə status qazanırıq. Cəmiyyətin gözündə var-dövlət, şəxsi dəyərin bir göstəricisi kimi qəbul edilir. Varlı insanlar müflis olduqda, bu, onların sosial statusunu və ictimai imicini ciddi şəkildə təhdid edə bilər. Sosial əlaqələrdə çətinliklər və izolyasiya yaşana bilər.

Yüksək həyat tərzini saxlayan insanlar üçün müflislik, bəzən dostları və yaxınları ilə əlaqələrini zədələyə və onları tək buraxa bilər. Bu da sosial təcridi artıran bir faktor hesab edilir.

Ailə və şəxsi münasibətlərdə boşluqlar yaranır

Ailəni təkcə sevginin ayaqda saxlamadığı məlumdur. Günümüzdə pula olan ehtiyac da ailə faktorunu ayaqda saxlamaq üçün önəmli rol oynayır. Elə buna görə də maliyyə çətinlikləri ailə daxilində böyük gərginliklərə səbəb ola bilər. İqtisadi problemlər münasibətləri zədələyə və hətta boşanmalara və ailə münaqişələrinə yol aça bilər.

Çox zaman, ailə üzvləri arasında pul problemi səbəbi ilə yaranan fikir ayrılıqları və emosional gərilim ailə həyatını çətinləşdirə bilər. Bu kimi situasiyalar bütün ailə üzvlərinin həyatını mənfi təsir edəcək situasiyalardır.

Müflislik son deyil, başlanğıc ola bilər

Bəzi insanlar üçün müflislik, yeni bir başlanğıc olmaqla yanaşı, özlərini yenidən qurmaq üçün fürsət ola bilər. Maddi itkilərdən sonra həyat tərzini dəyişmək və daha sağlam maliyyə planları qurma yolunu seçmək olar. Bu dövr, yeni iş imkanlarının yaranmasına, daha mübariz və məqsədyönlü bir həyat sürməyə doğru bir addım ola bilər.

Həmçinin, varlılıqdan yoxsulluğa keçən insanlar, daxili güclərini taparaq daha sadə, lakin mənalı bir həyat sürməyə qərar verə bilərlər. 

Müflis olan insanlar təcrübə qazandıqları üçün bir sonraki addımlarını daha diqqətli ataraq möhkəmlənirlər.Yəni vacib olan müflis olan insanın buna reaksiyasıdır. Kimisi mübarizə apararaq yenidən qalxmağa çalışacaq, kimisi isə yeni bir həyat tərzi və yeni imkanlar axtaracaq.

Hər halda, bu cür vəziyyətlər insanın həyatında böyük dəyişikliklərə yol açır. Amma dəyişikliyin nə olmasından asıllı olmayaraq, öz xeyrimizə çevirməyimiz bizdən asıllıdır.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Britaniya banknotlarında Çörçillin yerini heyvanlar tuta bilər

12.03.2026

ABŞ "Binance" ilə bağlı İran sanksiyalarının pozulması iddialarını araşdırır

11.03.2026

Al bumu səbəbindən Android smartfonları köhnə texnologiyalara qayıdacaq

11.03.2026

"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər

11.03.2026

“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”

11.03.2026

Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı

11.03.2026

Ən çox satılan 5 albom

11.03.2026

IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq

11.03.2026

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

11.03.2026

Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir

11.03.2026

Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq

11.03.2026

İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır

11.03.2026

İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər

11.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

11.03.2026

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib

11.03.2026
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

11.03.2026

Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək

11.03.2026

Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?

11.03.2026

Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır

11.03.2026

Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”

11.03.2026

Məzənnə

Yüklənir...