Redaktor
Türkiyə Səfirliyinin Mətbuat müşaviri jurnalistlərlə görüşüb
Bu gün Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Mətbuat müşaviri Cihangir Alptekinlə iqtisadiyyat sahəsində fəaliyyət göstərən jurnalistlərin görüşü və ATİB-in 20 illiyi münasibətilə elan edilmiş publisistik yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr edilmiş tədbir keçirilib.
Valyuta.az xəbər verir ki, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin ofisində baş tutan tədbirdə Səfirliyin Mətbuat müşavirliyinin əməkdaşları, ATİB İdarə heyətinin sədr müavini Tahsin Gündem, İdarə heyətinin üzvü Rafiq Qarayev, eləcə də türk və Azərbaycan mətbuatının nümayəndələri iştirak ediblər.
Medianın təkcə iki qardaş ölkə arasında deyil, ümumilikdə türk dünyası ölkələri arasında əlaqələrin inkişaf etdirilməsindəki rolunun əhəmiyyətini vurğulayan Cihangir Alptekin Səfirliyin, xüsusilə Mətbuat müşavirliyinin bu baxımdan mətbuat nümayəndələri ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Öz növbəsində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin yarandığı gündən ictimaiyyətə, dolayısı ilə mediaya açıq və şəffaf fəaliyyəti öz təməl prinsipi elan etdiyini qeyd edən Rafiq Qarayev Birliyin hər zaman kütləvi informasiya vasitələri ilə əməkdaşlığa açıq olduğunu bildirib. Sözügedən müsabiqənin də bu əməkdaşlığın növbəti mərhələsinin başlanğıcı olacağına ümid etdiyini dilə gətirən natiq iştirakçılara diqqətlərinə görə təşəkkürünü bildirib, qalibləri təbrik edib.
Daha sonra müsabiqədə müvafiq olaraq I, II və III yerin qalibləri olmuş Sədrəddin İsmayılov, Nadir İsmayılov və Nərgiz Salmanovaya sertifikatlar təqdim edilib, xatirə fotoşəkilləri çəkilib.
{gallery}
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025