Redaktor
Texnologiya nəhənglərini uğura aparan 5 proses – Kiçik biznesinizdə də işləyəcək - SƏHƏR OXUSU
Texnologiya sahəsində fəaliyyət göstərən iri şirkətlərlə kiçik bizneslər əslində oxşar problemlərlə üz-üzə qalır: müştərini anlamaq, xərcləri idarə etmək və rəqibləri izləmək. Fərq ondadır ki, texnologiya şirkətləri bu məsələləri sistematik və davamlı proseslərlə həll edir, kiçik müəssisələr isə çox vaxt bu imkanlardan istifadə etmir.
Valyuta.az xəbər verir ki, uğurlu texnologiya şirkətlərinin tətbiq etdiyi bəzi sadə yanaşmalar kiçik bizneslərin də böyüməsinə real töhfə verə bilər
“Square” şirkətinin baş məhsul meneceri İşaan Ağarval öz yazısında qeyd edir ki, sadə, amma davamlı tətbiq olunan bu 5 üsul proqram təminatı və ya böyük komanda tələb etmədən kiçik bizneslərin inkişafını sürətləndirə bilər.
1. Müştərini yalnız demoqrafik göstəricilərlə yox, onun ehtiyacları ilə tanıyın
İrəlidə gedən şirkətlər müştəriləri sadəcə “gənc peşəkarlar” və ya “bu ərazidə yaşayan insanlar” kimi görmür. Onlar dərinləşdirilmiş müştəri portretləri hazırlayır və hər bir müştərinin hansı işi görmək üçün məhsulu “tutduğunu” başa düşməyə çalışırlar.
Məsələn, “Starbucks” yalnız qəhvə satmır. Onların müxtəlif müştəri tipləri var: səhər işə tələsənlər, uzun müddət işləmək üçün kafedə qalanlar və sosial görüşlər üçün gələnlər. Bu, mağaza quruluşundan xidmət modelinə qədər hər şeyi müəyyənləşdirir. Bu yanaşmaya “job-to-be-done” nəzəriyyəsi deyilir və hər bir müştərinin məhsulu hansı məqsədlə “işə götürdüyünü” anlamağa yönəlib.
2. Müştəri itkisini izləyin – bilmədən çoxunu itirirsiniz
Texnologiya şirkətləri müştəri saxlama göstəricilərinə ciddi yanaşır. Çünki müştəri qayıtmırsa, məhsulun dəyəri yoxdur. Hətta böyük auditoriya qazansanız belə, müştəri axını davamlı deyilsə, bazarda yaşamaq çətin olacaq.
Bu prosesi sadə Excel cədvəli ilə həyata keçirmək kifayətdir. Keçən il sizdən alış edən neçə nəfər bu gün də alır? Onların nə vaxt və niyə getdiyini öyrənin. Əgər səbəbləri müəyyən edə bilsəniz, müştərilərinizlə daha davamlı münasibət qura bilərsiniz.
3. Xərcləri detallarına qədər bilin
Şirkətlərin böyüməsinin əsaslarından biri “vahid iqtisadiyyat” (unit economics) adlandırılan yanaşmadır – yəni, bir məhsulun biznesə nə qədər başa gəldiyini bilməkdir. Çox vaxt kiçik bizneslər ümumi xərcləri izləyir, amma hər bir məhsul və ya xidmət üzrə dəqiq maliyyələşmə aparmır. Məsələn, bir sendviç dükanında çörəyin qiyməti artsa, bu menyudakı hər bir məhsulun gəlirinə necə təsir edəcək? Xərcləri detallarına qədər izləmək vaxt və zəhmət tələb etsə də, əslində böyük maliyyə itkilərinin qarşısını ala bilər. Bəzən ən çox satılan məhsul, əslində ən çox zərər verən ola bilər.
4. Rəqiblərdən öyrənin
Rəqiblərin mağazalarına gedin, xidmətlərini sınaqdan keçirin. Nə yaxşı işləyir? Nə sizi narazı saldı? Xidmət necə idi? Əldə etdiyiniz müşahidələri komandada paylaşın və bu prosesi adi bir tədbir deyil, davamlı iş metoduna çevirin. Bu, sizin fərqli yanaşmalar qazanmağınıza və səhvlərdən yayınmağınıza kömək edəcək.
5. Şəxsi “müşahidə şurası” qurun
Texnologiya startapları tez-tez peşəkar müşahidə şuraları yaradır: sahə üzrə veteranlar, təcrübəli sahibkarlar və ekspertlər. Kiçik biznes sahibləri isə çox vaxt hər şeyi təkbaşına etməyə çalışır. Məsləhətçilər sadəcə sizi təsdiqləyən dostlar olmamalıdır. Onlar sizin fikirlərinizi sorğulamalı, zəif nöqtələrinizi göstərməli və sizi yeni imkanlarla tanış etməlidirlər. Bunu etmək üçün bahalı şərtlər və ya səhmdarlıq lazım deyil – sadəcə doğru insanlara müraciət etmək kifayətdir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025