Tenderi udan şirkət keyfiyyətsiz iş görübsə, sifarişçi nə etməlidir?

Redaktor

05.12.2025 10:37
139

Tenderi udan şirkət keyfiyyətsiz iş görübsə, sifarişçi nə etməlidir?

Tender elan edən şirkət, müəyyən olunmuş büdcə çərçivəsində qalib şirkətə tikinti işləri, keytrinq xidməti və digər satınalma ilə bağlı tapşırıqları həvalə edir. Lakin bəzi hallarda qalib şirkətin təqdim etdiyi xidmətin keyfiyyəti gözləntilərə cavab vermir.  

Yəni tenderi elan edən şirkət qalib şirkətin xidmətindən, keyfiyyətindən narazı qalarsa, bu halda nə etməlidir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan satınalmalar üzrə mütəxəssis Seymur Hüseynov qeyd edib ki, ilk olaraq, işin hansı hissəsinin müqavilə öhdəliklərinə uyğun yerinə yetirilmədiyi rəsmi məktub vasitəsilə podratçıya bildirilməlidir:

"Ümumi müqavilə praktikasına əsasən, podratçıya nöqsanları aradan qaldırmaq üçün müəyyən müddət verilir. Müqavilədə nəzərdə tutulduğu halda, işin gecikdirilməsinə və ya keyfiyyət standartlarının pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi mümkündür. Əgər podratçı göstərilən iradlara baxmayaraq müqavilə öhdəliklərini yerinə yetirmirsə, sifarişçi təşkilat qanunvericiliyə uyğun olaraq müqaviləyə xitam verə bilər. Pozuntu ciddi xarakter daşıdığı təqdirdə, bu barədə məlumatın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunması mümkündür. Sifarişçiyə maddi zərər dəymişsə, o, məhkəmə qaydasında ziyanın ödənilməsini tələb etmək hüququna malikdir".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...