Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

Redaktor

04.12.2025 19:38
65

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

Dünya Qızıl Şurası (WGC) yayımladığı son hesabatda qızılın 2025 boyunca "əlahiddə performans" göstərdiyini açıqlayıb. Hesabata əsasən qızıl il ərzində 50-dən çox tarixi rekord qeydə alıb və 60 faizdən artıq gəlirlə investorların diqqətini cəlb edib.

Valyuta.az Qaynarinfoya istinadən xəbər verir ki, hesabatda bu güclü performansın arxasında artan geosiyasi və iqtisadi qeyri-müəyyənlik, zəifləyən ABŞ dolları və yüksək qiymət momentumu kimi amillərin dayandığı bildirilib. Həm fərdi investorların, həm də mərkəzi bankların diversifikasiya və təhlükəsizlik məqsədi ilə qızıla yönəlməsi tələbi daha da artırıb.

WGC 2026-cı ilə dair mənzərənin əsasən davam edən geoekonomik qeyri-müəyyənlik tərəfindən formalaşdığını qeyd edib. Mövcud qiymət səviyyələrinin ümumi makroiqtisadi gözləntiləri əks etdirdiyi, şərtlər dəyişməzsə qızılın dar diapazonda hərəkət edə biləcəyi vurğulanıb.

Bununla yanaşı, 2025-ci ildə qeydə alınan sürpriz performansın oxşar inkişaflara yol aça biləcəyi qeyd edilərək, 2026-cı il də gözlənilməz hadisələrə səhnə ola bilər qiymətləndirməsi verilib.

WGC-nin təhlilində qızılın 2026 performansını müəyyən edə biləcək müxtəlif ssenarilər göstərilib. Hesabata görə:

İqtisadi artımın zəifləməsi və faiz dərəcələrinin daha da enməsi halında qızıl orta səviyyəli gəlir yaza bilər.

Qlobal risklərin artdığı kəskin iqtisadi daralma baş verərsə, qızılın çox güclü performans göstərə biləcəyi qeyd olunur.

Əksinə, Tramp administrasiyasının iqtisadi siyasətlərinin uğurlu nəticə verməsi və geosiyasi risklərin azalması ssenarisində daha sürətli artım, yüksələn faizlər və güclənən ABŞ dolları qızıl qiymətlərini aşağı çəkə bilər.

Qızıl bazarına mərkəzi bankların tələbi və qızıl geri dönüşümündəki tendensiyalar da 2026-cı il üçün əsas müəyyənedici faktorlar arasında göstərilir. WGC bu amillərin qiymətləmə davranışını əhəmiyyətli dərəcədə təsir edə biləcəyini bildirir.

Hesabatda davam edən qlobal bazar dəyişkənliyi nəzərə alınaraq qızılın portfellərdəki rolunun hələ də kritik olduğu vurğulanır. WGC qızılın diversifikasiya vasitəsi və sabitləşdirici element kimi əhəmiyyətini qoruduğunu qeyd edir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

04.12.2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur ®

04.12.2025

Məzənnə

Yüklənir...