Bu şəxlərə 2000 manat veriləcək

Redaktor

04.12.2025 20:59
107

Bu şəxlərə 2000 manat veriləcək

Kitab Mükafatı Mədəniyyət Nazirliyinin təsis etdiyi ən faydalı müsabiqələrdən biridir. Burada təqribən 58 min manatlıq pul mükafatından bəhs edilir. Qalibə 50 min manat, qısa siyahıya düşən 4 yazara da hər birinə 2 min manat olmaqla pul vəsaiti ödənəcək. Əlbəttə, büdcə imkanlarına görə belə bir məbləğ müəyyən olunub, ancaq burada ianə resursları barədə düşünülsə daha doğru olardı. Yəni bu müsabiqəyə könüllü ianə formasında vəsait köçürülməsi və qalibdən sonra mükafatlandırlanların sayının və ödənişin məbləğinin artırılması məqsədəuyğun olardı. Biz kitaba, ədəbiyyata pul ödəməyi prestij məsələsinə çevirməyə çalışmalıyıq. Kimsə qoy ianə olara bu məqsədlə açılmış bank hesabına minimum 100 manat ödəsin, ancaq bilsin ki, ödədiyi pul kitaba, ədəbiyyat adamına, yazara gedir,  Bu həm də yalnız dövlətin deyil, həm də cəmiyyətin bu önəmli tədbirdə iştirakını stimullaşdırma olar.

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa bildirib.

"Məhsəti" filminin festifala buraxılmaması məsələsinin mediada yer alan izahı isə düşünürəm ki, çox uğursuzdur. Məhz bu izaha görə həmin filmi Kann festivalında üstün nominasiyaya layiq görə bilərlər. Ümumiyyətlə, filmə ideoloji baxış ağırlıqlı olarsa, çağdaş film yaratmaq mümkün olmayacaqdır. Filmə baxmamışam, ancaq ittiham mətni olduqca zərərlidir. Deyilir ki: "Məhsətini əxlaqsız kimi göstərib!" Görünür bu izahı verənlərin Məhsətinin şeirləri ilə dərindən tanışlığı yoxdur, bəzi rübailəri 18+ məhdudiyyətinə uyğun gəlirsə, o halda onun obrazını komsomol propaqandiaçısı kimi təqdim etmək sənət baxımından nə dərəcədə estetik alınar? Onun həyat ideallarının real təsviri min il öncə yaşamış bir xanımın nüfuzuna xələl gətirməz, ancaq qadın azadlığı motivində çəkilən müasir filmə baxışımıza mübahisəli durum yarada bilər.  Hər halda kino sənətinə töfhə vermək istəyən rejissorları, aktorları bəri başdan bu cür ittihamlara məruz qoymaq onların qol-qanadını sındırmaq deməkdir. Həqiqətən ehtiyatlı olmalıyıq. Bu gün səviyyəli film çəkmək üçün böyük vəsaitə ehtiyac var, ayrı-ayrı mesenatları bu işə yönləndirmək üçün çərçivəni bu qədər məhdud götürməməliyik" - deyə Fazil Mustafa əlavə edib. 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

04.12.2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur ®

04.12.2025

Məzənnə

Yüklənir...