Redaktor
Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
"Ahlatcı Holding" Türkiyənin Yozqat şəhərinin Sarıkaya rayonunda apardığı mədən kəşfiyyatı zamanı 927 min unsiya qızıl ehtiyatı aşkar edib.
Valyuta.az xəbər verir ki, şirkətin İdarə Heyətinin sədri Ahmet Ahlatcı təxminən 4 milyard dollar dəyərində qiymətləndirilən bu ehtiyatın ilkin mərhələdə 1000 nəfərlik məşğulluq yaradacağını və ölkə iqtisadiyyatına mühüm töhfə verəcəyini bildirib.
Ahlatcı jurnalistlərə deyib ki, təxminən 1,5 il əvvəl Kanada mərkəzli "Eldorado Gold Corporation" şirkətinin Türkiyədə fəaliyyət göstərən "Tüprag Madencilik" şirkətindən Sarıkayadakı 7 sahəni, həmçinin ictimai açıq şirkətlər olan "Enerya" və "Ahlatcı Altın İşletmeleri" adından təhvil aldıqlarını bildirib.
Sahələrin devralınmasından sonra dərhal işlərə başladıqlarını bildirən Ahlatcı deyib: "Burada nə qədər ehtiyat olduğunu araşdırmağa başladıq. Bizə təhvil verilərkən təxminən 250–300 min unsiya civarında ehtiyat olduğu deyildi. Bunun əsasında iki şirkət arasında aparılan danışıqlarla sahələri aldıq. Müstəqil bir şirkət olan "Mitos"a vəziyyətin qiymətləndirilməsi üçün tapşırıq verdik. Lazımi qazma işlərini onlar həyata keçirdi, biz də prosesə nəzarət etdik. İşlərin ardından 7 sahənin yalnız biri və digər bir sahənin bir hissəsində 927 min unsiya qızıl aşkarladıq. Hələ qazma aparmadığımız sahələr də var. Həmin ərazilərdə də işlər tamamlandıqdan sonra ehtiyatın artacağını düşünürük. İnşallah 1,5 milyon unsiya səviyyəsinə çatar".
Ahlatcı yeni qurulacaq qızıl yatağında 1000 nəfərlik iş imkanının planlaşdırıldığını bildirib. Bu həcmdə qızılın təxminən 4 milyard dollar dəyərində olduğunu deyən Ahlatcı bunun iqtisadiyyətə ciddi dəstək verəcəyini vurğulayıb.
Ahmet Ahlatcı digər 6 sahədə də əsas ehtiyatı gücləndirəcək və ya onun bir hissəsini təşkil edəcək yeni ehtiyatlar tapmağı gözlədiklərini bildirib. Sahədəki işlərə 50 nəfərlik komanda ilə başladıqlarını deyən Ahlatcı əlavə edib:
"Qazma işləri davam edir. Qış mövsümü yaxınlaşsa da, işləri davam etdirəcəyik. İlk qızılı yəqin ki, 1,5 il ərzində və ya 2027-ci ilin əvvəlində əldə edərik".
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025