Azərbaycan bankları hazırda rublu neçəyə alır?

Redaktor

05.12.2025 11:30
100

Azərbaycan bankları hazırda rublu neçəyə alır? - CƏDVƏL

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında Rusiya rublunun nağd və nağdsız alış məzənnələri yenilənib.

Valyuta.az xəbər verir ki, banklar arasında rubl üzrə ən yüksək nağd alış məzənnəsi 2.1300 manatla “Bank VTB”-də qeydə alınıb.

Bu göstərici “Rabitəbank”da 2.08 manat, “Kapital Bank”da isə 2.0600 manat təşkil edir. Ən aşağı nağd alış qiyməti isə 0.0190 manatla “Bank BTB”də müşahidə olunur.

Nağdsız alış üzrə ən yüksək məzənnə 2.1800 manatla yenə “Bank VTB” tərəfindən təklif olunur. “Expressbank” 2.1400 manat, “Premium Bank” isə 2.1 manat nağdsız alış dəyəri ilə ilk sıralarda yer alır.

Kartla alış üzrə məzənnə yalnız iki bankda göstərilib - "Bank of Baku” və “Unibank”. Bu banklarda müvafiq olaraq 1.8700 manat və 0.0216 manat məzənnə tətbiq olunur.

Qeyd edək ki, bankların rubl alışı iki bank - “Unibank” və “Bank BTB” istisna olmaqla - digərlərində 100 rubl əsasında göstərilib.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...