Redaktor
Ötən il ölkədə 90 mindən çox yeni iş yeri açılıb - Rəsmi
2024-cü il ərzində ölkədə 91,7 min yeni iş yerləri açılıb.
Valyuta.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, yeni açılan iş yerlərinin ən böyük hissəsi Bakı şəhərində olub. Belə ki, yeni iş yerlərinin 75,2 %-i Bakı şəhərinin, 2,4 %-i Naxçıvan Muxtar Respublikasının payına düşüb.
22,4 %-i isə digər regionların, o cümlədən 4,7 %-i Abşeron-Xızı, 2,7 %-i Gəncə-Daşkəsən, 2,5 %-i Qarabağ, 2,5 %-i Quba-Xaçmaz, 2,2 %-i Şirvan-Salyan, 2,0 %-i Lənkəran-Astara, 1,3 %-i Qazax-Tovuz, 1,3 %-i Şəki-Zaqatala, 1,2 %-i Mərkəzi Aran, 1,0 %-i Şərqi Zəngəzur, 0,7 %-i Mil-Muğan, 0,3 %-i isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.
Qeyd edilib ki, yeni açılmış iş yerlərinin;
~ 85,9 %-i mövcud müəssisə və təşkilatlarda,
~ 13,0 %-i yeni yaradılmış müəssisə və təşkilatlarda,
~ 0,4 %-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda,
~ 0,7 %-i isə digər tədbirlər üzrə yaradılıb.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 24,1 %-i tikinti, 17,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,5 %-i emal sənayesi, 8,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,2 %-i peşə, elmi və texniki fəaliyyət, 6 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,5 %-i təhsil, 3,9 %-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,3 %-i informasiya və rabitə, 8,9 %-i isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Bəs ölkədə ötən il neçə iş yeri bağlanıb?
Dövlət Statistika Komitəsinin təqdim etdiyi statistik göstəricilərə əsasən ötən il ölkədə ölkədə 15,9 min iş yeri bağlanıb.
Bu dövrdə bağlanmış iş yerlərinin 69.9 %-i dövlət sektorunun, 30,1 %-i isə qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 29,7 %-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 70,3 %-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır?
12.03.2026İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb
12.03.2026Sabahın hava proqnozu
12.03.2026Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
12.03.2026DİN rəsmisi: "Ötən il Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"
12.03.2026
Hər gün “Bu gün son gündür” deyirlər - Müştəri bir dəfə aldana bilər...
12.03.2026Toğrul Əliyev: Rəqəmsal maliyyənin inkişafı istehlakçı hüquqlarının qorunmasından asılıdır
12.03.2026Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var
12.03.2026İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil
12.03.2026İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək
12.03.2026“Premium Bank” nağd mədaxillər üzrə yeni komissiya tutacaq
12.03.2026Nazir müavini: "mygov"dan istifadə edən vətəndaşların sayı 2,5 milyona çatıb
12.03.2026Mərkəzi hökumətə xalis tələblər 5.2 milyard manat azalıb
12.03.2026Cəfər Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"
12.03.2026Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®
12.03.2026zypl.ai 2 milyon dollar investisiya cəlb edib
12.03.2026Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi
12.03.2026İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir
12.03.2026