Ötən il kənd təsərrüfatı üçün necə yadda qaldı?

Redaktor

06.01.2025 22:14
882

Ötən il kənd təsərrüfatı üçün necə yadda qaldı?

“Ötən il kənd təsərrüfatı üçün uğurlu il sayıla bilməz. Çünki kənd təsərrüfatının bütün sahələrində məhsuldarlıq kifayət qədər aşağı düşüb”. 

Bunu Valyuta.az-a iqtisadçı Akif Nəsirli 2024-cü il üçün  kənd təsərrüfatı sahəsi haqqında danışarkən deyib. 

Ekspert bildirib ki, həm bitkiçilik, həm də heyvandarlıq üçün bu ili uğurlu hesab etmək olmaz:

“Hava şəraiti ilə əlaqədar olaraq bitkiçilik sahəsində ciddi zərərlər var. Heyvandarlıqla bağlı da geriləmə var. Bunun da müxtəlif səbbələri var.  Məsələn, bitkiçilik  heyvandarlığın  bütün areallarını, örüşlərini, ot sahələrini, yem sahələrini zəbt edib. 

Əsasən də pambıq və buğda əkini həmin sahələri tutub.  Ona görə də heyvandarlıq sahəsi 9 ildir geriləyir. Gələcəkdə də bu istiqamətdə tətbir görülməsə, növbəti illərdə də geriləmə baş verəcək”. 

Bitkiçilik sahəasində olan problemlrədən də danışan Akif Nəsirli bildirib ki,  bu sahə hava şəraitinin qeyri-sabit və əlverişsiz keçməsinə görə çox ciddi zərbə aldı:

“Külək, dolu, sel və daşıqınlar bitkiçilik sahəsinə çox ciddi ziyan vurdu. Bundan başqa bitkilərə düzgün aqrotexniki qaydada qulluq edilməməsi  bitkiçiliyin inkişafını zəiflədir.  Bitkiçilikdə kalium gübrəsindən çox zəif istifadə edirlər. Bu gübrələr bitkinin immun sisteminin gücləndirilməsi üçün vacib elementlıərdən biridiir. Bizdə isə bu gübrəni artıq sayırlar. Bundan başqa fosfor gübrəsi var ki, bitkinin generativ sistemini, yarpaq, qoza, meyvə hissəsini möhkəmləndirir”. 

Hər iki sahənin inkişafı üçün lazım olan tədbirlər haqqında danışan həmsöhbətimiz qeyd edib ki,  bitkiçiliklə bağlı fermerlərə aqrotexniki qaydalarla bağlı maarifləndirmə aparmaq lazımdır: 

“Onları gübrələrin faydası və ziyanı deyilməlidir.  Bildirilməlidir ki, yalnız bitkinin meyvəsini şişirdən azot gübrəsi yox, fosfor gübrəsindən, peyindən, digər gübrələrdən istifadə etmək lazımdır. 

Heyvandarlıqda isə örüş problemi var. Hesab edirım ki, heyvandarlığın arealı boşaldılmalıdır.  Bu olmasa, Azərbaycanda yerli ətin növbəti illərdə bir az da qıtlaşmasının şahidi olacağıq. Əhali artıq dondurlmuş ət yemək məcburiyyətində qalacaq.  Ona görə də ölkədə həm yem, həm də örüş bazası olmalıdır.  Ümid var ki, ölkədə işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsindən sonra həmin ərazilərdə heyvandarlığı  inkişaf etdirmək olar”.  

Davud

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb

16.03.2026

Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir

16.03.2026

Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi

16.03.2026

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

16.03.2026

“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb

16.03.2026
Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

16.03.2026

Bakının bütün rayonlarında kirayə qiymətləri artıb

16.03.2026

12 il işlədiyi "Meta"dan ayrılıb süni intellektə yeni yanaşma gətirir

16.03.2026

Rabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar Kampaniyası" ®

16.03.2026

Bəzi ailələr üçün 20 mənzil alınacaq

16.03.2026

Kartmane taksit kartı istifadəçiləri üçün “Novruz payı” kampaniyası (R)

16.03.2026

“Binance”ın qurucusu CZ indi Bill Qeytsdən daha varlıdır

16.03.2026

1100-dən çox klinika və 12 000 həkimlə əməkdaşlıq edən startap

16.03.2026

Onlayn kazino oyunları təşkil edən 4 nəfər tutuldu

16.03.2026

Yeni cərimələr təsdiqləndi

16.03.2026

78 yaşında biznes qurub 84 yaşında milyarder olan sahibkar

16.03.2026

"Meta" “Nebius” ilə 27 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb

16.03.2026

Azərbaycan yanacağı Ermənistanda qiymətləri aşağı saldı

16.03.2026

Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək

16.03.2026

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı

16.03.2026

Məzənnə

Yüklənir...