“RİCON” MMC bizi Qarabağda işlədib pulumuzu vermir”

Redaktor

01.12.2025 15:59
568

“RİCON” MMC bizi Qarabağda işlədib pulumuzu vermir” - Rəsmi açıqlama

“RİCON” MMC bizi Qarabağda aylardır işlədib pulumuzu vermir”.

Valyuta.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya həmin şirkətdə çalışmış Vüsal Nəcəfov müraciət edib. 

Onun iddiasına görə, təxminən 200-ə yaxın işçi bir ildir maaşlarının veriləcəyi günü gözləyir: “2023-cü ildən “RİCON” MMC-də Füzuli rayonunun abadlaşdırılmasında iştirak etmişik. 2024-cü ilin iyun ayında Cəbrayıl layihəsində çalışmışıq. Həmin ilin noyabr ayınadək maaşımızı bir az tez-bir az gec aldıq. 2025-ci ilin fevralınadək bizim 3 aylıq əməkhaqqımız ödənilməyib. 

Dəfələrlə problemlə bağlı müraciət etmişik, amma pulumuzu ödəmirlər. Sonuncu dəfə rəhbərliklə sentyabr ayında görüşmüşük. Bizə vəd verildi ki, texnikalar var, onları satıb ödəniş edəcəklər. Amma hələ də bir xəbər yoxdur, telefon nömrələrinə də zəng çatmır”.

Şikayətçi bildirib ki, müqavilə əsasında işləyiblər və bütün qaimələr də vurulduğu halda, şirkət ödənişi etmək istəmir. O, həmçinin qeyd edib ki, haqqı tapdalanan bəzi işçilər hüquq-mühafizə orqanlarına və Əmək Müfəttişliyinə də müraciət ediblər. 

Problemlə bağlı “RİCON” şirkətinin rəhbər şəxsləri ilə dəfələrlə əlaqə saxlamağa çalışılsa da, jurnalistin zənglərinə cavab verilməyib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən sorğuya cavab olaraq bildirildi ki, “RİCON” MMC-də əmək hüquqlarının pozulması (son haqq-hesabın ödənilməməsi) ilə bağlı bir neçə işçi tərəfindən daxil olan müraciətlər Xidmətin Bakı Şəhər İdarəsində araşdırılıb: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna əsasən müəssisədə yerində araşdırma aparmaq mümkün olmayıb. “RİCON” MMC və müraciət edən şəxslər tərəfindən tələb olunan sənədlər təqdim edildiyi halda, araşdırma davam etdiriləcək və nəticələr barədə əlavə məlumat veriləcək.

Bununla yanaşı, vətəndaşların müraciətlərinin araşdırılması zamanı müəyyən nöqsanlar aşkar edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati icraat aparılıb, nəticəsi barədə müraciət müəlliflərinə məlumat veriləcək. Eyni zamanda, Xidmətə “RİCON” MMC-nin işçilərindən kollektiv müraciət də daxil olub və hazırda həmin müraciət üzrə araşdırma aparılır”.

Məlumat üçün bildirək ki, son 2 ilə nəzər salsaq, “RİCON” MMC-nin dəfələrlə milyon manatlıq tenderlərin qalibi olduğunu görə bilərik.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Meta" süni intellekt xərclərinə görə işçilərin 20%-ni ixtisar edə bilər

14.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

14.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

14.03.2026

"Atlassian" işçilərinin 10%-ni ixtisar edəcək

14.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

Məzənnə

Yüklənir...