Redaktor
"Xalq Sığorta" ödənişlərini 10 mln. manatdan çox azaldıb
Bu ilin yanvar-sentyabr aylarında yığımları azalan 6 sığorta şirkətindən biri də "Xalq Sığorta" ASC-dir.
Valyuta.az xəbər verir ki, şirkətin sığorta yığımları bu ilin ilk doqquz ayında 16,7 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,3 % və ya 390 min manat azdır.
"Xalq Sığorta"nın 2024-cü ilin yanvar-sentyabr aylarında sığorta ödənişlərinin həcmini də kəskin azaldıb. Bu dövrdə sığorta ödənişləri 7,76 milyon manat olub ki, bu da ötən ilin ilk doqquz ayı ilə müqayisədə 57 % və ya 10,3 milyon manat azdır. Ötən ilin yanvar-sentyabr aylarında sığorta şirkətinin ödənişləri 18,06 milyon manat təşkil edib.
Sığorta şirkətinin ödənişlərin kəskin azalması onun zərərliliyini azaldıb. Ötən ilin ilk doqquz ayında “Xalq Sığorta” 100 manat yığıma qarşı 106 manat ödəniş edibsə, bu il bu rəqəm 46 manata enib.
Qeyd edək ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə aiddir.
Pünhan
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda Yeni il yolkalarının qiymətləri - SİYAHI
16.12.2025Rəşad Cabirli: Azərbaycanda iqtisadi şaxələndirmə indeksi aşağıdır
16.12.2025Sərvətini rekord həddə çatdıran 5 milyarder - SİYAHI
16.12.2025Azərbaycanda bu işçilər üçün məhdudiyyət tətbiq edildi
16.12.2025AFB Bank yeni “Neftçilər” filialını istifadəyə verdi ®
16.12.2025Vergi Məcəlləsində yenilik: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır
16.12.2025Vahid Ələkbərovun sərvətində 2 milyarddan çox itki
16.12.2025Ford 19,5 milyard dollarlıq zərərə düşəcək
16.12.2025İnşaat və tikinti sektoruna kredit qoyuluşu 1,8 milyard manatı keçib
16.12.2025AMB daha iki kredit ittifaqına icrası məcburi göstəriş verib
16.12.2025"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
16.12.2025"Avromed" 21,7 milyonluq sifariş aldı
16.12.2025Azərbaycan neftinin qiyməti ucuzlaşıb
16.12.2025